Biri məni uşaqlığıma atıb qaçsın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 702
Səs ver:
(səs: 1)
Uşaqlıq deyib keçməyin, biz o zamanlar çox şey öyrənmişik

- Tom & Jerry cizgi filminin bitdiyi tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə hazırladı.

- "Tapança- tapanç a” oynayardıq və heç zamanda bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi.

- Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin,beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik.

- Soyuducunun işiğının nə zaman söndüyünü araşdırmağa başladıq, bu bizə kəşf etməyi öyrətdi.

- "Alma desəm çıxarsan, armud desəm çıxmazsan” gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri öyrətdi.

- Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi.

- Top çiləmək oyununda qarşı tərəfə "fora” vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi.

- Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi səlahiyyətləri göstərdi. İndiki uşaqlar bilmәz
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri