Ağrıyan başımız və ya başsızların baş kəsməsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 647
Səs ver:
(səs: 10)
Axırıncı dəfə yerli xəbərlərin hansına sevinmisiniz? Hansı Sizi doğrudan da xoşbəxt edib? Sizdə təbəssüm yaradıb? Mən canlı efirdə şpaqata oturan adamlara primitiv yumor hissiylə ağız dolusu gülənlər üçün maraqlı olan klişe xəbərləri demirəm. Mən salonundan it iyi gələn, sürücülərinin isə özlərini Formula 1 yarışında olduqlarını zənn edən marşrut avtobusların yanından keçdiyi  yeni tikilən möhtəşəm stadion barədə "aztv, aztv” hazırlanan "basıb-bağlama” reportajlardan da danışmıram. Mən Sizi heç olmazsa 2 dəqiqəlik məsud edən yerli xəbərlərdən danışıram. Son dəfə haçan belə xəbər eşitmisiniz?

Ötən gün şəhərin mərkəzində qanlı hadisə baş verib. Hələlik yayılan xəbərlərə görə, gənclər arasında yarnan mənasız münaqişə nəticəsində gənclərdən biri digərinin boğazına bıcaq soxaraq başını kəsib, o birisini isə ağır yaralayıb. Sonra hər şey standart şəkildə davam edib. Qətli törədən igid hadisə yerindən təbii ki, qaçıb, yaralını aparıblar xəstəxanaya, başı kəsilən bədbəxt isə meyid şəklində bir müddət yerdə uzanıb. Sonra onu da aparıblar, bu dəfə birdəfəlik. Aydın məsələdir ki, ətrafdakı həmvətənlər hadisə vaxtı münaqişəyə məhəl qoymayıblar, hər şeyi kino kimi kənardan izləyiblər və ancaq qətldən sonra əllərində telefon tələsik hadisə yerinə yığılışıblar ki, bəs aşxam faceookda "tema var”, "ayə çəkin, çəkin”.  

Təsəvvür edirsiniz, şəhərin mərkəzində, o qədər adamın gözü önündə bu cür dəhşət yaşanır və heç kim buna mane olmağa çalışmır? Mən təsəvvür edirəm. Lap əla təsəvvür edirəm. Onu da təsəvvür edirəm ki, oradan qısa ətəkli bir "uuf, ceyrandı, ceyran” keçsəydi, böyükdən kiçiyə hamısının yadına vətən, mentalitet-zad düşəcəkdi, hamı bu işə dərhal qarışmağa can atacaqdı. Ya da orada məsəlçün bir transvestit dayansaydı, hamı tökülüşəcəkdi onun başına ki, "ay uşaq, ged başqa həyətdə oyna, burada ana-bacımız var, bura Azərbaycandır, vətən, Dədə Qorqud, Səbzəli aş, qayıdın da nolub Sizə?Hamınız oğraşsız! ”. Amma orada adamın başını kəsdilər və bir "gözəl adamın balası” da tapılmadı ki, bu işin olmasına bir əmma dürtsün, qətlə mane olsun.

Adamlar var insanlıqdan, sevgidən, mənəvi dəyərlərdən uzaq abu-havada, qohum-qonşunun "tırkasına” gedərək ailə qururlar, sonra da özləri kimi mənəviyyatsız, heyvan instinktli uşaqları dünyaya gətirirlər. Bunların hamısı bir yana, o uşağa heç  tərbiyə də vermirlər. Tərbiyə vermirlər cəhənnəmə, sağlam adamlardan tərbiyə almaqlarına da heç bir imkan yaratmırlar. Əksinə, onların sağlam tərbiyə almamaları üçün sanki hər şeyi edirlər.

Atam balası, oğullarının oxumamasına, avara olamsına, tərbiyəsiz qalmasına bir söz demirlər, amma ata ananın yanında siqaret çəkilməsinə əsəbləşirlər, dava-dalaş salırlar. Qızlarının elm öyrənməməsinə  görə  fikir etmirlər, amma intim həyatlarında bir az inkişaf olan kimi yadlarına namus-flan düşür, dərd çəkirlər. Elə bil namus ancaq qızlarının vaginasından ibarətdir, yəni mənəvi anlayışdan söz gedə bilməz. Namus pərdədir, vəssalam.  Qızlarına həyatı öyrətməyib erkən yaşda bədbəxt edirlər, bu qeyrətsizlik sayılmır, amma özəl həyat söhbəti ortaya çıxan kimi qeyrətdən-zaddan danışırlar. Oğullarına yalan danışmamağı, qadınları təhqir etməməyi, insanlara hörmət edib onları sevməyi öyrətmirlər, o uşaqlar da böyüyür şəhərin mərkəzində kiçik mübahisəyə görə baş kəsirlər.

Bu qədər sünilik olar? Bu qədər ikiüzlülük olar? Bu qədər iyrənc yalan olar? Bunların xəbəri var ki, eşikdə 21 ci əsrdir? Ya cəhalət, insest bütün beyinlərini iflic edib?

Bəzən fikirləşirəm ki, bizim yaşlı nəsil ancaq ya bulvarda saatlarla domino oynayıb siyasətdən dəm vuraraq "Hamısı Amerikanın, Rusiyanın işləridir” deməklə məşqul olur, ya bütün günü ancaq "indiki gənclərdə tərbiyə yoxdur” məzəmmətləriylə zaman keçirir, qonşuların qeybətini edir, ya da metorda adamdan yer tələb edən baxışlarla adamı başdan ayağa süzür. Sanki cəmiyyətdəki bütün problemlərin səbəbi təkcə sənin pox  yeyib, qələt eləyib metroda oturmağındır. "Zato bizdə metroda, avtobusda qocalara yer verirlər.”

Lətifəsi sağlam ruhlu, ziyalı , gerçək ağbirçək və ağsaqqallardan uzaq, amma, böyüklər böyük olmayınca, zibil olduqca, kiçiklər də zir-zibil olacaq və bu baş kəsmələr davam edəcək.
Başınızı qoruyun!

© Rüzgar Mövsüm
(səs: 10)
Şərhlər: 7
Baxılıb: 2 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri