PUL XESTESI SUZANNA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 922
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1322548761-656.jpg

 

Əziz xanımlarımız,  bizlər artıq çəkidən necə qurtulmaq barədə düşünürük. Amma bizlərdən fərqli olaraq, elə bir insan vardır ki,  nəinki çəkisini azaltmaq, hətta Ginnesin Rekordlar kitabına düşmək üçün çəkisini artırır. Amerikanın Arizona əyalətində yaşayan 32 yaşlı Suzanna Eman gündə 20000 kalori qəbul edərək 730 kq olmağı qarşısına məqsəd qoymuşdur. O,dünyanın ən kök qadını olaraq Ginnesin Rekordlar kitabına düşmək üçün çalışır. Bu xanım ilin sonuna qədər 360 kq kökəlməyi düşünür. O, "Mümkün olsa, 1 tona qədər kökəlmək istərdim" açıqlamasını vermişdir. Suzanna həftədə 8 saatını sərf edərək 6 ədəd market arabası alış-veriş edir. Gününün çoxunu yeməyə həsr edən Suzanna sağlığına heç bir zərərin dəyməyəcəyinə inanır. Çəkisinin artıq olmasına görə heç bir yerdə işləməyən Suzanna hər gün gəzintiyə çıxaraq fiziki işlə məşğul olur. Həkimlər Suzannaya belə sürətlə kökəlməyinin ölümlə nəticələnəcəyini bildirsələr də, o,  sözündən dönmür və Rekordlar kitabına düşəcəyini bildirir.

Əziz xanımlar, sonda hər kəsə sağlam kökəlmək arzu edirəm. Suzannanın şəklini qoymaq istəmirdim, amma fikirləşdim ki, birdən xanımlarımızdan kimsə Suzanna kimi Rekordlar kitabına düşmək üçün 730 kq olmaq fikrinə düşər. Elə indidən özünüzü 730 kq təsvir edib qərarınızı verin =)

 

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 6 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri