Göz haqqında maraqlı faktlar

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 5 842
Səs ver:
(səs: 1)
1. İnsan gözündə 107 milyona yaxın hüceyrə var. Onların hər biri işığa qarşı həssasdı.

2. Hər 12 kişidən biri daltonikdir (rəng seçə bilməmə xəstəliyi).

3. İnsan gözünün diametri ortalama 2,5 sm, çəkisi isə 8 qramdır.

4. İnsan bədənindəki ən fəal əzələlər göz ətrafındadır.

5. Gözlərimiz doğulduğumuz gündən ölənə kimi ölçüsünü dəyişmir. Burun və qulaqlar isə durmadan böyüyür.

6. Bir saniyədə 5 dəfə göz qırpa bilirik.

7. Mayalılar çəpgözlüyü cəzbedici sayıblar. Ona görə valideynlər körpə yaşlarından uşaqlara gözlərini çəp etməyi öyrədiblər.

8. Hər bir kirpik təxminən 5 ay yaşayır.

9. 10 min il bundan əvvəl Yer üzərindəki bütün insanların gözləri qəhvəyi rəngdə olub. (Alimlərin iddiasıdır.)

10. Göz hərəkətlərini müşahidə edərək insanda şizofreniya xəstələliyinin əlamətlərini müəyyənləşdirmək mümkündür. Bu yolla qoyulan diaqnozların 98,3%-i doğru çıxır.

11. İnsan gözü boz rəngin 500-ə yaxın çalarını ayırd edə bilir.

12. Göz almacığının yalnız 1/6 hissəsi görünür.

13. Gözümüz eyni anda 50 obyektə fokuslana bilir.

14. Qəhvəyi rəngli gözlər əslində göy göz sayılır. Sadəcə olaraq göy gözün üstünü qəhvəyi piqmentlər örtüb. Hətta müasir tibbdə xüsusi lazer vasitəsilə qəhvəyi gözləri göy rəngə çevirmək mümkündür.

15. Arıların gözlərində xırda tükcüklər var. Arılar həmin tükcüklərin köməkliyi ilə küləyin sürətini və istiqamətini müəyyənləşdirə bilirlər.

16. Göy göz olan ağ pişiklərin 65-85%-i kar olur.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 5 842
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri