Ritmik sözlər

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 7 558
Səs ver:
(səs: 2)
Dilimizdə mənalı sözlərlə yanaşı işlənən mənasız sözlər də vardır ki,onlara ritmik sözlər deyilir. Məs: ət-mət,uşaq-muşaq,kitab-mitab  və.s.Deməli ritmik sözlər mənadan məhrum olan ,sadəcə olaraq səs kompleksinə malik olan sözlərdir.Mət,muşaq,mitab  tipli  ritmik sözlər müstəqil leksik mənalı sözlərlə yanaşı işlənməklə ritmik vəzifə daşıyır.Ritmik vəzifəni bəzən müstəqil mənalı sözlər də daşıyır.Bu,daha çox folklor nümunələrində ,aşıq ədəbiyyatında özünü göstərir.Məs:Aşığın sözü qurtaranda neynim-neynim deyir.
    
Aşıqlar ,müğənnilər oxuduqları mahnılara şirinlik gətirmək üçün mətnin məzmununa aid olmayan sözlərdən istifadə edirlər.Halbuki,bu cür sözlərin oxunan mahnının mətninə heç bir aidiyyatı olmur.məs:nanay,nanay...naynananay,.aman,aman....dalay-dalay və.s.Yaxud da ,bəzən mahnıya şirinlik gətirmək üçün qadan alım,dəli ceyran,qurban olum kimi ifadələr işlədilir.Bu ifadələrlə mahnının mətni arasında heç bir uyğunluq olmur.Lakin elə ifadələr yenə də ritmik vəzifə daşıyır.Mahnılarda ritm yaradan belə sözlər fərdi zövqlərdən asılı olur....
     
Azərbaycan dilində ritmik sözlər aşağıdakı hallarda özünü göstərir.
1)Folklor nümunələrində ,mahnılarda ahəng,ritm yaradır.Məs:Ay uyruğu,uyruğu,saqqalı it quyruğu..
2)Ritmik sözlər tərəflərindən birinin müstəqil mənası olmayan qoşa isimlərdə özünü göstərir.Qoşa ismin hansı tərəfinin müstəqil mənası olmursa ,həmin söz ritmik funksiya daşıyır.
3)Bəzən mənasız səs kompleksindən insanlar-falçılar,cadugərlər,dərvişlər,kəndirbazlar müəyyən məqsədlər üçün istifadə edirlər.Belə mənası olmayan səs və söz yığınından ibarət olan ifadələr məqsədli şəkildə işlədilir.Onların mənasını işlədənlərdən başqa heş kim başa düşmür...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri