Gender və cins

Müəllif: Qlamurr
Şərhlər: 3
Baxılıb: 4 132
Səs ver:
(səs: 2)
Gender və cins fərqli anlayışlardır.Cins və gender arasında fərq əsasən ona görə qoyulmuşdur ki,kişilər və qadınlar nə iş görsələr belə ,onların cinsi funksional müxtəlifliyi istisna olmaqla,onlardan nə gözlənilsə də,hər şeyin dəyişə bildiyini və zaman keçdikcə dəyişdiyini bu dəyişukliklərə uyğun olaraq sosial və mədəni faktorların da dəyişdiyini xüsusi qeyd etmiş olsunlar.
 
Sosioloqlar gender və cinsi ona görə fərqləndirirlər ki,genderin biologiyasının yox,məhz mədəniyyətin fenomeni olmağına diqqəti cəlb etsinlər.Semona de Bovuarın ifadəsi ilə desək "kişi və qadın doğulmurlar,kişi və qadın formalaşırlar".
 
Bəllidir ki,qızlar və oğlanlar fərqlənirlər.Cinsi rollar fiziki fərqlərdən törəyir.İki tərəfin davranışı tərbiyənin əvvəlki mərhələlərində qavranılmış stereotiplərlə müəyyən edilir.Və erkən yaşlarından tərbiyə edilən bu davranış modeli,erkən yaşlarından mənimsənilmiş bu rol sonralar cəmiyyətdə kişi ilə qadın əlaqələrini tənzimləyir.
 
Son onilliklərdə daha geniş anlam məqsədilə psixoloqlar "cins" əvəzinə "gender" sözündən istifadə edir.Çoxsaylı elmi mübahisələr nəticəsində cins və gender anlayışları arasında dəqiq sərhəd qoyuldu.Cins konkret bir insanın- qadın yaxud kişi olduğunu bildirir və həmin insanın bioloji statusunu göstərir.Cins kişi və qadın arasındakı psixoloji və sosial fərqlərin özülü və əsası sayılır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri