Maraqlı məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 211
Səs ver:
(səs: 4)
Bəşəriyyət yarandığı ilk gündən bəri insanlar hər zaman yeni bir şeylər öyrənmək həvəsindədir. Bunun ən gözəl yolu isə sual verməkdir. Bu zaman marağında olduğumuz sualların cavabını qismən öyrənə bilərik.  Budur illərdir insanların ən çox ağılına ilişən suallar və onların cavabları:

1. Niyə fotoşəkil çəkdirərkən bəzi qərb ölkələrində "çiiiz" deyilir?
Əslində bu zaman məqsəd uzun bir şəkildə "i" hərfini söyləməkdir. İngilislər buna "Cheese" (çiiiz), almanlar isə "Kase" (kaaas) deyirlər. Bu şəkildə insan üzündə təbəssüm yaranır.

2. Qanımızın qırmızı, damarlarımızın mavi və yaşıl olmasının səbəbi nədir?
Qanımızın qırmızı olmasına səbəb qırmızı qan hüceyrələrini əhatə edən dəmir tərkibli zülal olan hemoqlobinin oksigenlə birləşməsidir. Damarlarımızın mavi rəngdə görünməsinin səbəbi isə bədənimizə gələn işığın bir qisiminin əmilməsi və bir qismini yansıtılmasıyla əlaqədardır.

3. Barmaqlarımızın ucları suda qalanda niyə büzülür?
Əgər hüceyrələrinizin sahib olduğundan daha az sıxlığı olan və ya az duzlu suya girsəniz, su osmos (diffuziya) üsulu ilə orqanizmə daxil olur. Bu da dəridəki hüceyrələrin şişməsinə səbəb olar. Hüceyrələr alt təbəqədəki toxumalara bağlı olduqlarından dəri bu vəziyyətə uyğunlaşmaq üçün büzülür.

4. Solaxay insanlar digərlərindən daha ağıllı olur?
İndiyə qədər aparılan bütün elmi araşdırmalar bu fikrin yanlış olduğunu göstərib.

5. Niyə soğan doğrayarkən gözlərimiz yaşarır?
Soğan doğradığımız zaman havaya "lachrymatoryfactor" adlı bir qaz yayılır və bu da gözü qaşındırır. Bu zaman göz özünü müdafiə etmək üçün gözyaşlarından istifadə edir.

6. İnsan neçə ədəd siqaret çəkdikdən sonra aludəçiyə çevrilir?
Burada əsas olan siqaretin sayı deyil. Asılılıq ilk siqareti nə vaxt yandırdığınızla əlaqəlidir. İlk siqareti çəkdikdən sonra asılılıq bir il içində tamamlanır.

7. Dəniz havası almaq xeyirlidirmi?
Şəhərdən uzaq dəniz sahilində yaşamaq sağlam ola bilər. Ancaq sevdiyimiz bu "dəniz havası" yəni dənizin səbəb olduğu gözəl qoxu, sahildə yaşayan bir bakteriya səbəbi ilə ortaya çıxır.

8. Hər kəs evində qalsa qrip epidemiyası bitərmi?
Bəli. Qlobal bir karantin qrip epidemiyasının sonu ola bilər, ancaq tək bir adamın belə çölə çıxması virusun yenidən yayılmasına səbəb olar.

9. Saqqız nə qədər mədədə qalır?
Saqqız udulduğunda həzm olunmaz, ancaq ən gec üç gün içində bədəndən xaric olunur.

10. Çay içmək həqiqətən hərarəti azaldırmı?
Bəli. İsti içkilər bədənin özünü olduğundan daha isti zənn etməsinə gətirib çıxarar. Bədən daha çox tərləyir və bu da istilik itkisinə səbəb olur.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri