Qısqanclıq yaxşıdır yoxsa pis?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 579
Səs ver:
(səs: 7)
Qısqanclıq yaxşıdır, yoxsa pis?
Orqanizm qısqanclığı müdafiə mexanizmləri vasitələri ilə zəiflətməyə çalışır, qısqanc insanlar daimi stress yaşadıqlarına görə xroniki xəstəliklərin yaranmasına daha çox meyilli olurlar. Artıq çəki, ürək xəstəlikləri, qısqanc insanların yol yoldaşlarıdır. Qısqanclıq orqanizmə böyük zərbə vurur.

Qısqanclığın müsbət cəhətləri varmı? Qısqanclıq təbii seçmənin bir hissəsidir, o insana özünü dəyişməyə kömək edir. Rəqabət insanı müəyyən mənada mükəməlliyə can atmağa məcbur edir. Amma bütün bunlara baxmayaraq, qısqanclığın mənfi cəhətləri həddindən artıq çoxdur.

Qısqanclıqla necə mübarizə aparmalı?

Psixoloqların verdiyi ən əsas məsləhətlərdən biri özünəinam hissinin artmasıdır. Bu, qısqanclıq iynələrinə qarşı özünəməxsus zireh rolunu oynayır. Yaxın insanlara qarşı sevgi və diqqət çox təsirli silahdır. Sevgi olan yerdə qısqanclığa yer qalmır.

Növbəti məsləhət isə tez özündən çıxanlara və emosianllara aiddir. Qısqanclıq partlayışları zamanı əsəblərinizi sevdiyiniz insanların üzərinə yox, başqa yerdə sakitləşdirməyə çalışın. Belə olduqda sizə əziz olan insanlar bundan zərər çəkməyəcəklər.

Əslində qısqanclıq natamamlıq təzahürüdür. Bu hissi özündən uzaqlaşdırmaq üçün insanlar öz üzərində işləməlidir. Əgər anlaşılmazlıq varsa, bunu öz tərəfmüqabili ilə çözməlidir və məsləni öz aralarında həll etməyə çalışmalıdırlar.
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri