Donuz əti və onun sağlamlığa zərəri

Müəllif: Qlamurr
Şərhlər: 7
Baxılıb: 3 913
Səs ver:
(səs: 3)
Donuz əti yeməyin insan sağlamlığına zərər verən bir çox cəhətləri var.Keçmiş dövrlərdə olduğu kimi alınan müxtəlif tədbirlərə baxmayaraq donuz ətinin zərəri günümüzdə də qalır.Donuz hər şeydən əvvəl hər nə qədər fermalarda ,səliqə-sahmanlı şəraitdə yetişdirilsə də də öz pisliyini yeyən heyvandır.donuz həm öz pisliyi ilə qidalanır,həm də bioloji quruluşu etibarilə başqa heyvanlara nisbətən çox miqdarda antitel istehsal edir.Donuzun bədənində başqa heyvanlara və insana nisbətən çox ifrat dozada böyümək hormonu istehsal edir.Təbii ki,çox miqdarda olan antitel və böyümək hormonları dövran yolu ilə donuzun əzələ toxumasına da keçərək yığılıb qalır.Donuzun ətində çox miqdarda xolestorol və lipid də var.Bu gün donuz ətinin daha çox yeyildiyi ABŞ və Almaniya kimi ölkələrin əhalisinin əksər hissəsini təşkil edən normadan çox kök insanların mövcudluğu artıq adi qarşılanan bir haldır.Donuz ətinə əsaslanan bir qidalanma nəticəsində ifrat səviyyədə böyümək hormonuna məruz qalan insan bədəni əvvəlcə çox çəki yığır,sonra da bədən deformasiyaya -forma dəyişikliyinə  məruz qalır.

Bundan başqa ,donuz ətində olan sağlamlığa zzərərli maddələrdən  biri də "trixin"parazitdir.İnsan bədəninə daxil olub birbaşa ürək əzələlərinə yerləşən və ölümcül təhlükə yaradan trixin parazitinə donuz ətində tez-tez rast gəlinir.

Göründüyü kimi,bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin hikmətlərindən bir qismidir.Bundan başqa,Rəbbimizin bu əmri bizi sağlamlığa zərərli təsirlərini hər şəraitdə davam etdirən,nəzarətsiz istehsalında isə ölümcül də ola bilən donuz ətini yeməkdən qoruyur.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri