Kədərlənməyin...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 031
Səs ver:
(səs: 3)
Kədərlənməyin..
Çünki hüzn, düşməni sevindirər, dostunu üzər, həsəd edənin dilinə salar..

Kədərlənməyin..
Çünki hüzn, itəni geri gətirməz, öləni diriltməz, alın yazısını dəyişdirməz, heç bir fayda gətirməz…

Kədərlənməyin..
Çünki hüzn əsəbləri tarıma çəkər, ürəyini yorar, gecələrini məhv edər…

Kədərlənməyin
..
Əgər günah etmisənsə, tövbə et, səhv etdinsə düzəlt. Onun rəhməti sonsuz, qapısı həmişə açıqdır…

Kədərlənməyin..
İtirdiyin şey üçün kədərlənmə, çünki daha bir çox nemətlərə sahibsən. Allahın sənə bəxş etdiyi digər nemətləri düşün və şükr et. Allah Təala, "Allahın nemətlərini saymağa qalxsanız buna güc çatdıra bilməzsiniz" buyurmurmu?…

Kədərlənməyin..
Əhli batilin sözlərindən ötəri kədərlənmə, onların tənqidlərinə səbr etdiyin müddətcə mükafatlandırılacağını unutma…

Kədərlənməyin
..
İnsanlara lütfkarlıq etsiyin müddətcə kədərlənmə. Çünki xoşbəxtliyin yolu insanlara lütfkarlıq etməklə keçər…

Kədərlənməyin..
Çünki yaxşılığın mükafatı on mislindən yeddi yüz mislinə, pisliyin qarşılığı isə yalnız mislin tərəfindən…

Kədərlənməyin..
Dünya, nə seçmək, nə dolanışıq dünyasıdır; dünya, bu gün var sabah yox, imtahan dünyasıdır…

Kədərlənməyin..
Haqqın razılığına uyğun düşən bəla, qulun sevgisini artırar…

Kədərlənməyin..
Qızıl, atəş ilə; yaxşı qul da bəla və müsibət ilə təcrübə edilər.
Hz. Əli (ə)

Kədərlənməyin..
İnsanlar, başlarına gələn bəla və müsibətləri ondan daha böyükləriylə müqayisə etsələrdə, şübhəsiz bəlaların bəzisini nuş qəbul edərdilər…
Kədərlənməyin..
Qarşı-qarşıya qala biləcəyin ola biləcək bir müsibət üçün ən pis ehtimal nə ola bilər sualını özünə soruş. Sonra bu ola biləcək nəticəyə özünü alışdır, ona təhamül mövzusunda özünü öyrəşdir. "Allah bizə yetər, O nə gözəl vəkildir" ayəsini təkrar edərək, bu vəziyyəti sakit bir şəkildə düşün.

Kədərlənməyin..
- Bunu unutma yaşadığın günün sərhədləri içində yaşamazsansa çətinlik və qayğıların artacaq deməkdir.
Bir az daha açsaq; Səhərə çıxdıqdan sonra artıq axşamı gözləmə, axşama qovuşunca da səhəri gözləmə.
Nə keçmişdə qal, nə də gələcək qayğısı içində ol.
Yəni həmin anı yaşa..

Kədərlənməyin..
İnne maal usri yüsran / Hər çətinliklə birlikdə asanlıq vardır. Yəni asanlıq çətinliyin içində gizlidir.. Bir başqa ifadə ilə: asanlıq çətinlik zənn etdiyimiz şeyin özüdür..
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri