Təkəbbürlük nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 271
Səs ver:
(səs: 4)
Abdullah ibn Amr demişdir: "Biz Pey­ğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynin­də yaşıl atlasdan bir cübbə var idi. O gəlib Pey­ğəmbərin başının üstdə durub dedi: "Sizin dostunuz hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır”. Pey­ğəmbər onun cübbəsinin ətəyindən tutub dedi: "Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?” Sonra dedi: "Allahın peyğəm­bəri Nuh vəfat edərkən oğluna belə demişdi: "Mən sənə vəsiyyətimi söyləyirəm; sə­nə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə "lə iləhə illəl­lahı” əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və "lə iləhə illəllah” digər gözünə qoyulsaydı, bu tövhid kəl­məsi ağır gələrdi. Əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, "lə iləhə illəllah” onu yarardı. Habelə, "subhə­nallahi və bihəmdihi” kəlmələ­rini əmr edirəm. Çünki bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Sənə iki şeyi qadağan edirəm: Allaha şərik qoşmağı və təkəb­bürlük etməyi". Səhabələr dedilər: "Ey Allahın Elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan gözəl əbasını gey­məsi təkəb­bürlükdürmü?” Pey­ğəmbər: "Xeyr”- deyə cavab verdi.
Kişi dedi: "Mə­gər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların ol­ması təkəb­bürlük­dürmü?” Pey­ğəmbər: "Xeyr”- deyə cavab verdi.
Kişi dedi: "Mə­gər birimizin minəcək heyvana sahib olması təkəb­bürlük­dürmü?” Peyğəmbər: "Xeyr”- deyə cavab verdi.
Kişi de­di: "Mə­gər birimizlə oturub-duran dostların olması təkəb­bürlük­dür­mü?” Pey­ğəmbər: "Xeyr”- deyə cavab verdi.
Kişi dedi: "Bəs təkəbbürlük nədir, ey Allahın Elçisi?” Pey­ğəmbər dedi: "Haqqı dan­maq və insanlara xor baxmaq­dır”. (əl-Buxari "Ədəbul-Mufrad”, 548).
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri