Hansı marka mobil telefon istifadəçiləri daha ağıllıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 332
Səs ver:
(səs: 3)
ABŞ-da aparılan bir tətqiqat yolu ilə telefon istifadəçilərinin zəka səviyyələri ilə seçdikləri mobil telefon markası arasında bir əlaqə olub olmadığı araşdırıldı. Massachusetts Mərkəzli Tətqiqat bürosu Çitikanın apardığı araşdırma Alyaska, Montana və Vermont ştatlarında iPhone istifadə nisbətinin digər əyalətlərdən daha çox olduğunu göstərdi. Bu əyalətlərin bir başqa xüsusiyyəti ABŞ-ın ən yüksək universitet məzunu nisbətinə sahib olmaları oldu. Bu məlumatların nəticəsində iPhone istifadəçilərinin daha ağıllı olduğu nəticəsinə gələn Çitikaya görə iPhone istifadəçiləri yalnız zəka ilə deyil, eyni zamanda maddi olaraq da Android istifadəçilərindən qabaqlayır.

Çitikanın apardığı araşdırma bu sahədə tək deyil. Ağıllı telefon istifadəçiləri arasında aparılan digər araşdırmalarda da bənzər nəticələrə əldə edildi. Ladbrokes şirkətinin təşkil etdiyi araşdırmada 1000 ağıllı telefon istifadəçisinə bir zəka testi tətbiq etdi. iPhone istifadəçiləri sürət və beyin funksiyalarının ölçüldüyü testdə 94 saniyə ilə ən sürətli nəticəyə çatan qrup oldu. BlackBerry istifadəçilərinin isə 118 saniyə ilə ən yavaş qrup olduğu müşahidə edildi. iPhone istifadəçilərindən sonra Google Nexus istifadəçiləri 99 saniyə ilə 2-ci sırada qərarlaşdı. Testi ən sürətli tamamlayan bir Samsung istifadəçisi olsa da Samsung istifadəçiləri ümumi sıralamada 103 saniyə ilə 3-cü ola bildi. HTC istifadəçiləri isə eyni testi 105 saniyədə tamamlayaraq 4-cü sırada yer aldı.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 3 332
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri