Yaradıcı insanlar “yox” deyir

Müəllif: tek umidim sen
Şərhlər: 11
Baxılıb: 1008
Paylaş:
Səs ver:
(səs: 2)
Bizə "yox” deməyi öyrətməyiblər. "Yox” nəsə kobud bir şey hesab olunur. "Yox”u ancaq "bariqa”lara, yaxud bizə "konfet” təklif edən yad adamlara deyə bilərik.

"Yox” sözündə güclü yaradıcı enerji var. İmtina etmək vaxtın çox olmasına gətirib çıxarır, bu vaxtda isə insanlar yeni nəsə yarada bilərlər. Bizim vaxtımız düşündüyümüzdən də azdır, bizə düşündüyümüzdən də çox vaxt lazımdır.

Yaradıcılıqda uğur qazanmış insanlar, bu uğura nə qədər vaxt sərf edəcəklərini bilmirdilər. Müsahibə vermək, məktub yazmaq, kinoya getmək, kiminləsə axşam yeməyi yemək yaradıcı insanlara maraqlı deyil. Yaradıcı adamlar bütün bunların onları yaradıcı prosesdən nə qədər ayıra biləcəyi haqda düşünürlər.

Kiməsə "hə” cavabı vermək vaxtımızın itirilməsinə gətirib çıxarır. Deməli sən az şey yaradacaqsan.

Stiv Cobs aktyor Şon Konnerini dəfələrlə "Apple”ın reklamında çəkilməyə dəvət etmişdi. Nəhayət bir gün aktyor Stiv Cobsa məktub yazır:

"Hörmətli, cənab Cobs! Bir daha təkrar edirəm. Yəqin ki, siz ingilis dilini başa düşürsünüz! Mən öz ruhumu nə "Apple”, nə də başqa bir şirkətə satmaq niyyətində deyiləm. Sizin "dünyanı dəyişmək” ideyası mənə maraqlı deyil. Və sizdə mənə lazım olacaq, ehtiyacım olacaq heç nə yoxdur. Siz kompüter satıcısısınız, amma mən Ceyms Bondam! Öz karyeramı məhv etmək üçün sizin gic-gic reklamlarınızda çəkilməkdən daha asan yol ağlıma gəlmir. Xahiş edirəm, bir daha mənə müraciət etməyin.

Ən yaxşı arzularla, Şon Konneri”

Başqa bir maraqlı fakt. Bir macar professoru yaradıcı insanlar haqda kitab yazmaq istəyirmiş və 275 nəfərə sorğu göndərib. Bir hissəsi o qədər məşğul olub ki, ümumiyyətlə cavab yazmayıb, qalan üçdə biri isə imtina edib.

Yazar Piter Druker belə cavab verib:
"Mənim səmərəlilik sirlərimdən biri belədir – mənim böyük, nəhəng bir zibil qutum var və mən bu cür təklifləri ora atıram. Səmərəli olmaq üçün başqalarının dediklərini etməməli və bütün vaxtını işə sərf etməlisən”.

Yazıçı Sola Bellounun köməkçisi isə belə cavab yazıb:
"Cənab Bellou mənə deyib ki, ömrünün ikinci yarısında da aktiv şəkildə yazıçılıqla məşğuldur və sizin sorğularınız kimi işlərə vaxt ayırmır”.

Fotoqraf Riçard Avedon:
"Bağışlayın, mənim çox az vaxtım qalıb”.

Bəstəkar Corc Liqettinin köməkçisi:
"Corc hazırda aktiv şəkildə musiqi bəstələməklə məşğuldur, işlə yüklənib. Sizə yaradıcı insanlarla bağlı kitab yazmaqda kömək edə bilməyəcək. Sizə cavab yazmağa da vaxt tapa bilmədiyi üçün üzr istəyir”.

Vaxt – yaradıcılıq üçün başlanğıc materialdır. Yaradıcı insanlar bütün vaxtını buna yaratmağa həsr edirlər. Yaratmaq bütün günü, həftəni, 24 saatı ala bilər. Yaradıcılıq "məzuniyyət” və "bazar günü” tanımır. Yaradıcı insanlar yox deməyi bacarmalıdır. Amma "yox” deməyi bizə öyrətməyiblər...

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 1008
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ece uslu
arada demek lazimdi
23 fevral 2015 16:45
11
Offline
Qlamurr
Bəzi məqamlarda yox deməyi də bacarmalıyıq....
23 fevral 2015 14:59
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Yox deməyi bacarmaq lazımdır yeri gələndədə deyirəm çəkinmədən..
23 fevral 2015 13:41
9
Offline
qanadli melek
Bezen yox sozunu demek lazim olur
23 fevral 2015 12:53
8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Şəbnəm Vüsal
YOX dediyim insanlar olub.cünki bu sözə laiq olublar....
23 fevral 2015 12:18
7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
uliçka
Məndə yox deyə bilmirəm Svetolana demişkən uşaqlıqdan vərdiş halına gəlib
23 fevral 2015 11:59
6
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
emis
yox demeyi kim sevir ki ama mecburq qaldiqda demeliyik men cox mecbur qaliram yix demeye ama en nifret etdiyim sozdu
23 fevral 2015 11:32
5
Offline
aziz a
Menden asilu olmayan sebebden kimese YOX demeliyemse, ve bu YOX onu incidecekse, men cox pis oluram.inanki duz sozumdu.....
23 fevral 2015 10:00
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Men yeri geldikde yox deyirem ele her kese de he deyen deyilem
23 fevral 2015 09:42
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
lili)
mende alinmir yox deye bilmirem
23 fevral 2015 09:26
2
Offline
xeyalperest
Bezen yox demek yerindedi ama veziyyetden asli olmayaraq yox demek insanlari incide biler belkede en yaxinnarimizin qelbini qirariq ki ondan sora gelen yaradiciligi napiyom.
23 fevral 2015 07:08
1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv