Ağlamağın faydaları

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 804
Səs ver:
(səs: 3)
Gülməyin bildiyimiz üzrə insan sağlamlığına təsiri böyükdür. Bir çox həkim daha uzun yaşamaq üçün daha çox gülün deyir. Yaxşı, ağlamaq pisdir ki? Təbii ki, xeyr! Zamanında ağlamağın faydaları üzərinə bir çox araşdırma edilmişdir, gəlin onlara bir nəzər salaq ... İnsanlar sevincdən olsun, kədərdən olsun, zaman-zaman ağlayırlar. Gülmənin kişisi, qadını necə olmursa, ağlamağın da olmaz. Ağlamaq faydalımıdır? Endorfin Ağlamaq endorfin ifraz olunmasına səbəb olur. Endorfin insana sevinc verən bir hormondur və onsuz da xoşbəxtlik hormonlarından bir dənəsi olaraq bilinir. Endorfinin sevinc vermənin yanında təmin etdiyi bir fayda da ağrıları azaltmasıdır. Duyğuları xaricə vurar Psixoloqların hər zaman necə çalışdıqlarını düşünün. Sizə davamlı anlatdırırlar: dərdinizi, uşaqlığınızı, ağılınıza düşənləri və sizi üzən şeyləri ... Çünki bu həm həkimin sizi tanımasını təmin edər, həm də içinizdə yığılan problemləri birinə anlatdığınızda rahatlaşmanıza köməkçi olar. Davamlı içə atılan dərdlər və basqılanan duyğular, növbəti mərhələlərdə inanılmaz bir şəkildə partlayaraq sizi psixoloji problemlərə qədər apara bilər.Ağlamaq, üzləşməkdən qaçmayıb, gözlərinizin önünə gətirdiyiniz bir gerçəyi anladıb, xilas olmaq kimidir. Ağlamaqdan qorxmayın. Ruh sağlamlığı Sosial və Klinika Psixologiya Jurnalında edilən bir işdə ağlayan insanların ruh sağlamlığının çox daha tez düzeldiği müəyyən olunub. Xüsusilə bir xoşbəxtlik sonrası gələn ağlamağın ruh sağlamlığına müsbət istiqamətdə maksimum təsir etdiyi görülüb. Sakitləşdirir Ağlamaq bir sakitləşdirici dərman kimidir. Ən təbii və ən təsirlilərindən.Ümumiyyətlə insanlar ağladıqdan sonra yatmaq istəyərlər. Çünki sakitləşdirici bədənə həkk edilmişdir və insan özünü halsız hiss edə bilər. Bu da hər hansı bir şəkildə özünə və ya ətrafına zərər verə biləcək olan bir fərdin sakitləşməsini təmin edər. Gözləri təmizləyər Bədəniniz bir çox toksini göz yaşlarınız ilə ata bildiyini bilirdinizmi? Ağlamaq həm bədəninizdəki kimyəvi maddələrin çölə atımına köməkçi olar, həm də gözünüzü bakteriyalardan pak edib, təmizləyər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri