Barmaq çıtlatmaq zərərlidirmi?

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 341
Səs ver:
(səs: 4)
Barmaq çıtlatmaq çox məşhur bir vərdişdir. Ən çox və asanlıqla çıtlayan yerlər bədənimizdə ən çox sürtünməli oynaq yerləridir. Çoxumuz buradan gələn səsin sümüklərdən gəldiyini sanarıq, hətta narahat olarıq. Amma nədənsə bunu edənlər hallarından məmnun görünürlər. Oynaqların birdən genişləməsi ilə oynaq mayesi içində qazlar yaranır və bunlar üzərinə təzyiq edildiyində qazın çölə çıxması əsnasında effekt olaraq çıtlama səsi meydana gəlir. Bir dəfə barmaq çıtladıldığından sonra yenidən cəhd etdikdə alınmayacaqdır. Çünki ortaya çıxan qazların yenidən oynaq içi mayesinə qarışması ən az 20-25 dəqiqə zaman alır.

Barmaq çıtlatmanın zərərlərini bizlərə verdiyi rahatlama hissi ilə çox düşünmərik. Edilən araşdırmalarda barmaq çırtlatmanın duzlaşmaya səbəb olmadığı təyin olunub. Ancaq barmaq çıtladan şəxslərin qavrama qabiliyyətinin çırtlatmayan şəxslərə görə daha aşağı olduğu müəyyən edilib.

Əslində məşhur bir inanca görə, barmaq çırtlatmaq çox zərərli olaraq xarakterizə edilsə də, çox ciddi zərərlərə gətirib çıxarmayacağı mütəxəssislər tərəfindən deyilib.

Bəs barmaq çırtlatmanın zərərləri olaraq bilinən əllərdə titrəməyə gətirib çıxardığı vəziyyəti nə qədər doğru bir həqiqətdir?

Barmaq çıtladan insanların əllərində titrəmə olacağı doğru bir inanc olaraq qəbul edilmir. Barmaq çırtlatmaq oynaqları çox məcbur edərək yerlərindən çıxartmadığınız müddətcə heç bir ciddi zərəri olmayan bir vərdişdir. Əllərdə titrəmə vəziyyətini isə barmaq çırtlatmaq yerinə fərqli bir nevroloji fakta bağlamaq və həkimə müraciət etmək lazımdır.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 3 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri