Ananın gəlin köçən qızına nəsihəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 448
Səs ver:
(səs: 4)

http://imgs.su/tmp/1322658838-656.jpg

Sevimli qızım.

Həyata atılma çağına gələn hər qadın bir ərə, hər ər də bir qadına möhtacdır. Artıq sən doğulub böyüdüyün yuvadan çıxıb, heç bilmədiyin bir yuvaya gedəcəksən. Mənim ciyərparam,gözümün nuru balam. Sən ona xidmətçi ol ki, o da sənə qul kölə olsun. Sən ona yer ol ki, o da sənə göy olsun. Balam, ərinə nə qədər hörmət göstərsən, özünü o qədər sevdirərsən. Nə qədər dediklərini edər, sözünü dinlərsənsə, o dərəcə ondan sevgi və hörmət görərsən. Ərin qohum və yaxınlarına qarşı hörmətli ol. Onlara hörmət göstərib, ərin etibarını yüksəltməyin, ərinə hörmət göstərməyin deməkdir. Ərin sirrini kimsəyə demə.Əgər söyləsən sənə olan etibarını itirmiş olarsan. Ailə nizamınız pozular.Ərin kədərli olduğu zaman sən şən olmaqdan, ərin şən olduğu zaman sən kədərli olmaqdan çəkin. Bu hal onun dərd və sevinclərinə ortaq ola bilməmək kimi bir qüsuru ortaya çıxarar.

Qənaət sahibi ol, halına şükr et. Ərin evə hər nə alsa, gətirsə onu ən gözəl şəkildə qəbul et. Ərinə itaət et, et dediklərini et, etmə dediklərini etmə. Ərinlə söhbət edərkən ona itaətli olduğunu göstər ki, Allah da razı olsun, evinizə səadət dolsun.

Evinin içini, çölünü təmiz tut, özünü təmiz tut,ərin burnuna daim təmiz qoxular gəlsin. Pis qoxular səni ərin gözündən salar. Səndən iyrənməsinə səbəb olar. Təmizlik və zərifliyin ən yaxşısı su ilə olanıdır.

Balam birdə bunu bil ki, ərinin istəklərini öz şəxsi istəklərin kimi qəbul etsən bu dediklərimi etmək daha asan olacaq.

Evində xoşbəxt ol qızım...

Qızlarına belə məsləhət verən analarımız çoxmudur görəsən?Əziz xanımlar siz ailə quranda ananızdan belə məsləhətlər aldınızmı?

(səs: 4)
Şərhlər: 1
Baxılıb: 5 448
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri