İnternet insan yaddaşına təsir edir

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 2 776
Səs ver:
(səs: 3)
Hazırda həyatını kompyutersiz və internetsiz təsəvvür edən adam çətin ki, tapılsın.
Müasir texnologiyalar insanı həm işdə, həm də istirahətdə müşayiət edən ayrılmaz yol yoldaşına çevrilmişdir. "Google” effekti” mövzusunda araşdırmalar aparan Kolumbiya Universiteti alimləri belə qənaətə gəlmişlər ki, müxtəlif "qacetlərə” tez-tez müraciət etmək artıq beynimizin işinə, daha dəqiq desək, informasiyanı yadda saxlamaq prosesinə təsir göstərməyə başlayır.Elmi proqramın rəhbəri, psixoloq Betsi Sperrou demişdir: "Çoxsaylı eksperimentlərin nəticələri göstərmişdir ki, bu və ya digər məlumatı təkrar harada tapacağını bilən insanın həmin məlumatı yadda saxlaması çətin olur. Lakin bu heç də o demək deyildir ki, "Google” və ya digər axtarış sistemləri müasir cəmiyyəti kütləşdirir. Əksinə, biz bir çox şeyləri, hətta internetdə çətin tapılan sözləri hələ də yadda saxlaya bilirik. Müasir insan xatirələrindən məhrum olan şüursuz məxluq deyildir. Lakin zaman keçdikcə biz informasiya almaq yolunu informasiyanın özündən yaxşı yadda saxlayırıq. İnsanlar daha sırf öz yaddaşlarına güvənməyib, kompyuterə və internetə bərabər alternativ kimi baxırlar”.
ABŞ alimlərinin təhqiqatları göstərmişdir ki, testlərdə iştirak edənlər mürəkkəb suala cavab vermək üçün dərhal kompyuterə müraciət etmiş, alternativ mənbə kimi öz yaddaşlarından istifadə etməyə heç cəhd də göstərməmişlər.
Alimlərin fikrincə, bu yolla kompyuter və internet getdikcə insanın özünəməxsus "xarici yaddaş qurğusuna” çevrilməkdə, yaddaşımız isə müasir texnologiyalara uyğunlaşmaqdadır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri