6 kq dəmir yedi, öldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 303
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1322732833-656.jpg

Hindistanın Korba şəhərindəki xəstəxanaya çox ağır vəziyyətdə gətirilmiş xəstənin qarnından 6 kq dəmir çıxarılıb.

Çıxarılmış əşyaların arasında onlarla qayka, şurup, o cümlədən 421 sikkə vardı.

"Hindustan Times"ə istinadən bildirir ki, 2 saat davam etmiş əməliyyatı aparmış cərrah Mathun Yadavın dediyinə görə, həmin adamın aylarla belə vəziyyətdə necə yaşadığını anlamır.

"Onun qarnındakı dəmirləri çıxaranda şoka düşmüşdüm. Xoşbəxtlikdən əməliyyat uğurla başa çatdı", - Yadav deyib.

Onun sözlərinə görə, həmin adamda şizofreniya və ya alliotriofaqiya (yeyilməyən əşyaları udmaq istəyi) vardı.

26 yaşlı Kuleşvar Sinqhin əməliyyatı uğurla başa çatsa da, o, dünən dünyasını dəyişib.

"Ölməzdən əvvvəl Kuleşvar dedi ki, hər şey bacısının pul qabını oğurlayaraq oradakı sikkələri udmasından sonra başlanıbmış", - Yadav söyləyib.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri