Bu millətin kişisi 20 ilə torpağını azad edə bilməyibsə...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 456
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1322771070-656.jpg

Qadın müğənnilərin soyunmasını pisləyən bir yazi oxudum. Bu cür onlarla yazı oxumuşam, qadın müğənniləri əxlaqa çağıran yazılar demək olar ki, hər həftə yazılır. Sadəcə artıq bu yazıların kişilər tərəfindən yazılması məni təəccübləndirir. Bu gün oxuduğum isə məni lap hövsələdən çıxardı. Görəsən bu "Azərbaycan kişisi"nin (yazar və ona bənzərlər) yazmağa mövzusu, deməyə sözümü tükənib. Həmin kişi yazar bu qədərmi cılızlaşıb ki, hansısa müğənni qadinin yarıçılpaq şəkillərinə görə yazı yazir. Daha dəqiq yazim ki, söhbətin kimdən getdiyini biləsiz. Əjdər Erhun adlı yazar Xuraman Şuşalını soyadını dəyişməyə çağırıb yazısında: "Axı o ŞUŞALI statusunu daşıyır və Azərbaycannın şou-biznes aləmində, həmdə tele-radio məkanında bəlkə də yeganə şəxsdir ki, bu adı "üzərində daşıyır". Şüşa müqəddəs torpaqdır, biz onun uğrunda qamnızdan və canımızdan keşmişik. Biz hələ də ona qovuşmaq eşqi ilə yaşayırıq."(Hərf səhvləri müəllifə aiddir).  
Bu millətin kişisi 20 ilə torpağını azad edə bilməyibsə, onun başqalarına çağırış etmə haqqı yoxdur 
 

Yazı müəllifinə deyəsən təkcə Şuşa müqəddəs torpaq sayılır, əgər bu xanım müğənni dıgər rayon və ya şəhərlərimizdən hər hansı birinin adını özünə soyad seçsəydi mənə elə gəlir müəllif heç bir narahatçılıq keçirməyəcəkdi. Vətən ümumilikdə müqəddəsdir deyirlər axı. Bir də məncə tək Şuşa işğal altında deyil. Xalqın Şuşa uğrunda qanından və canından keçdiyini yazır müəllif. Bəli Şuşa uğrunda 193 şəhidimiz var. Maraqlıdır həmin 193 şəhidin ruhu Xuraman Şuşalının yarıçılpaq şəkillərinə görə, yoxsa Şuşanın hələdə İŞĞAL altında olmasına görə narahat ola bilər.

"Eşşəyə gücü catmir palan döyür"

Şuşa uğrunda sözün əsl mənasında qanından canından keçsəydi əgər bu xalq, indi Şuşa Ermənistan ərazisi kimi dünyaya tanıdıla bilməzdi. Ataların yaxşı bir misalı var: "Eşşəyə gücü catmir palan döyür".
Müəllif və onun kimi boş-boş işlərlə məşqul olub özü-özünü yazar və ya şair adlandıran kəslər axı siz kişisiniz, kişi isə bu cür xırda problemdən (əgər müğənninin yarıçılpaq şəkil çəkdirməsi problemdirsə) yapışmaz. Siz əslində Şuşanı ermənilərə verənlərdən, onu hələ də azad edə bilməyənlərdən, qaçqınların sayını milyon yarıma çatdıranlardan, saxta seçkilərdən, 19 yaşlı Cabbar Savalanlının cibinə narkotik maddə atanlardan, Tural Abbaslının universitetdən nə səbəbə azad edilməsindən, evinin yandırılmasından, bu xalqın hüquqlarını müdafiə etmək üçün etiraz aksiyası keçirən və polisimiz tərəfindən təhqirlərə məruz qalan qadınlarımızdan, məmurların İsveçrə banklarındakı milyonlarından, ən azı isə dağılan yollardan, metroda gediş haqqının qalxmasından yazmalısız. Bu millətin kişisi 20 ilə torpağını azad edə bilməyibsə, torpağı erməninin özü də də 20 ildir hakimiyyətin işğalındadırsa mügənnisinin yarıçılpaqlığına, qadınının Dubaydan, Türkiyədən pasportuna qara möhür vurulub departasiya olunmasına da elə özü günahkardır.

Sevinc Qocayeva

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri