Bütün mənfilər MƏNƏM!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 364
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1322817563-656.jpg

O gördüyünüz mənəm... Bəli o tökülənlərin hamısı mənəm... Tel tel yerə saçılan, axıb axıb boşalan, azğın bir çay kimi amma bir stəkanı belə doldura bilməyən, əriyən, tükənən, üstünə basılıb keçilən, ürəklərdən sökülən, gözlərdən enən, heç cür bitib tükənməyən mənəm... Bədənimdən süzülən, damarlarımdan keçən, sonra bir gizli küncdə dayanan, yatağının içində qıvrılan, son nəfəsində can verən mənəm... Gözlə görünməyən, səsi eşidilməyən, vursanaa belə ölməyən, inadla müqavimət göstərən, heç cür imtina etməyən mənəm... Tutunca titrəyən, sevincə küsən, alıb başını gedən, özünə qapanıb pəncərəsindən səni izləyən, heyranlıqla izləyən, heç cür bitmək bilməyən, uzandığı yerdən zorla qalxıb bir damla su istəyən, yorğun ayaqları üzərində zorla müqavimət göstərən mənim... Axanların hamısı mənəm, tökülüb saçılanlar, ayaqlarınıza batanlar, qırıldıqca çoxalanlar, dayanmadan qaçıb qaçanlar, bir o tərəfə bir bu tərəfə yellənib dayananlar, şiddətlə getməyə qarşı çıxanlar, heç cür yaxamı buraxmayanlar hamısı mənəm... Mənim axmaq duyğularım, boş vermişliyin içində sancılara boğulan heç cür canı çıxmayan mənim aciz duyğularım, narahat olmayın, üstünə basıb keçən, əgər yapışıb qalan olsa, bilin ki sahibsiz qalsa da təəssüf ki, onlar mənəm...Bütün çarəsizliklərin sahibi mənəm...Bir gün ağlayıb bir gün gülən, günah sahibi, şeytanın yardımcısı, mələk olmaq arzusunda olan mənəm.Hər dəfə qırılan, solan, parçalanan, acı çəkən, özümü sağaldan və təkrar təkrar eyni şeyləri yaşayan mənəm....Dünyaya nədən gəldiyini bilməyən çarəsiz bir qul, hamıya maneçilik törədən daxilində tufanlar qopu hamının şən və eqoist gördüyü insan mənəm.Bəlkə onu sevən də var...amma üzünə gülüb arxadan nifrət etdikləri insan mənəm! Hamının yazığı gələn insan mənəm! Çarəsizliyi ömür boyu dadacaq olan mənəm!Bu mənəm...Hamının Deli kimi tanıdığı, acizliyini qəbul etmiş insan mənəm!

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 364
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri