Cenifer Lopesə, Beyonsa meydan oxuyan Nigar Camal

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 807
Səs ver:
(səs: 4)



"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal dünya ulduzları Cenifer Lopes, Beyonsa və Rihannaya meydan oxuyan “Crush on your” klipi ilə Azərbaycan şou-biznesinə yenilik gətirdi. ANS PRESS-in məlumatına görə, klipin Rusiya və Ukrayna ilə yanaşı, Avropada yayımlanması nəzərdə tutulub. Klipin daha bir təqdimat mərasimi Kiyevdə düzənlənəcək.

 Qeyd edək ki, “Crush on your” videoklipinin rejissoru Rusiyada və Ukraynada çox məşhur olan rejissor Aleksey Lamaxdır. Çəkilişlər Rusiya və Ukraynada aparılıb. Klip Kiyev yaxınlığında yerləşən qotik üslublu bir qəsrdə çəkilib. Çəkilişin operatoru Sergey Banderasdır.

 Sözügedən klip Azərbaycan şou-biznesində “ARRİ Alexa” kinokamerasına çəkilən ilk ekran işidir. Ekran işi bütün sonuncu Hollivud yenilikləri və Beyons, Rihanna və Cenifer Lopes kimi dünya şöhrətli ulduzların klipləri məhz bu kamera ilə çəkilir. “Crush on your” klipinin çəkiliş prosesinin icraçı prodüseri Olqa Danyukovadır.


 Klipdə Nigar Camalla yanaşı dünyaca populyar musiqiçi və MDB ölkələrində də məşhur olan “Digi Digi” meqa-hitinin ifaçısı İnusa Davuda da çəkilib. Videoklipdə rəqslərin icrası Rusiyada və Ukraynada məşhur olan “A6” şou-baletinin rəhbəri Andrey Yeremin tərəfindən həyata keçirilib. “A6” şou-baletinin rəqs kollektivi də klipin çəkilişlərində iştirak edib.

 


(səs: 4)
Şərhlər: 3
Baxılıb: 7 807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri