Ana haqqı və ana sevgisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 434
Səs ver:
(səs: 7)
Ən şərəfli və ən mükəmməl varlıq olan insan bir çox vəzifələrlə mükəlləf edilmişdir. Bu vəzifələrin içində birinci sırada Allaha qarşı, sonra isə ailəmizə qarşı vəzifələrimiz gəlir. Allah insanın və bütün kainatın yaradıcısıdır. Ata-anamız isə dünyaya gəlişimizin səbəbləridir. Canlılar arasında insanın xüsusi bir yeri vardır. Yeni doğulmuş uşaq həyatını davam etdirə bilmək üçün məcburi olan ən təbii ehtiyaclarını belə qarşılamaqda acizdir. Müəyyən bir müddət qayğıya, himayəyə, şəfqətə möhtac olur. Bu uşağa ən yaxşı baxan, onu hər cür çətinliklərə baxmayaraq, öz həyatını təhlükəyə ataraq belə qoruyan və himayə edən yeganə varlıq anadır.

O ana ki, övladlarına görə bir çox sıxıntılara qatlanır. Sevgi və şəfqət duyğuları ilə onları hər cür təhlükədən, dərd və sıxıntıdan qorumağa çalışır. Onların böyümələri və yaxşı bir insan olmaları üçün yoldaşı ilə birlikdə çalışıb əlləşib-vuruşur.

O, lazım gələndə özü yemir, yedirdir. Özü geyinmir geyindirir. Dinimiz ata-ananın uşaqları üçün qatlandığı sıxıntıların, çəkdiyi əziyyətlərin qarşılığında onları mükafatlandırmış, Allahın razılığını qazana bilmək üçün əvvəlcə ata-ananın razılığının qazanılmasını əmr etmişdir. Ata-ananın razılığını qazanmaq onlara xidmət etməklə, öyüd-nəsihətlərinə qulaq asmaqla, onlara ehtiram göstərməklə, əmrlərini yerinə yetirməklə, onları üzməməklə, incitməməklə, ehtiyacları olanda kömək etməklə mümkün olur.

Bu barədə Qurani-Kərimdə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış" (İsra, 23).

Göründüyü kimi, dinimiz valideynlərimizi üzmək, incitmək bir yana, hətta onlara "Uf!" belə deməyi qadağan etmiş, onlara son dərəcə ehtiram göstərməyi, mülayim davranmağı və onları ürəkdən sevməyi əmr etmişdir. Ata-anamız bizə hirslənsələr də, ağır və acı söz söyləsələr də, onlara həmişə gülər üz göstərməli, mülayim olmalıyıq. Onlardan heç vaxt şikayət etməməliyik.

Hər bir insan bilməlidir ki, bu həyatda etdiyimiz hər bir şey bir gün qarşımıza çıxa bilər. Əgər bu dünyada olmasa da axirət həyatında etdiyimiz hər bir əməlin əvəzini alacağıq. Bu gün öz valideynlərini müxtəlif bəhanələrlə qocalar evinə qoyan övlad bilməlidir ki, sabah eyni bəhanələrlə öz övladı tərəfindən oraya atıla bilər. Əgər övladlarımızın bizim üzümüzə ağ olmasını istəmiriksə, biz də öz böyüklərimizin üzünə ağ olmamalıyıq. Hər halda Hz Peyğəmbərin bu mövzuda buyurduğu tövsiyə hamımıza aiddir: "Ata-ananıza yaxşılıq edin ki, uşaqlarınız da sizə itaət etsin və hörmət göstərsin" (Təbərani).

Ana sevgisi sevgilərin ən gözəlidir. Ana – bağlılığın, fədakarlığın, əliaçıqlığın, qarşılıq gözləmədən verməyin və sevməyin simvoludur. Ana ilahi rəhmətə bənzəyir. Hər zaman verir, amma qarşılıq gözləmir.

Dinimiz anaya və ana sevgisinə xüsusi bir yer vermiş, cənnəti anaların ayaqları altına sərmiş, vaxtında qılınan namazdan sonra ən sevimli işin anaya yaxşılıq etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə çatmağın ən qısa yolunun anaya xidmətdən və ananı lazımi qaydada sevməkdən keçdiyini bildirmişdir.

Analar ömür boyu sevgiyə, ehtirama, xidmətə və hörmətə layiq ən uca varlıqlardır. Analar başımızın tacı, könlümüzün məlhəmidir. Ona görə də, onlarla davranışımıza xüsusi fikir verməliyik. Əgər yaşlı anamız bu gün bizim himayəmizdədirsə bunu bir ilahi lütf bilib, onlar körpəliyimizdə bizə necə qayğı göstərmişlərsə, biz də o qayğını onlara göstərməliyik.
Analarını layiqli şəkildə sevən, onları hər zaman xatırlayan, analarına ən gözəl şəkildə xidmət edən, analarının xeyir dualarını alıb dünya və axirət səadətinə qovuşanlar nə xoşbəxt bəndələrdir!
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 4 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri