Həyatın əsas 6 qanunu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 173
Səs ver:
(səs: 6)
Bu qanunlara əməl edin.

Bizim həyatımızda müəyyən qanunlar var ki, onlara riayyət etmək lazımdır. Bu, kainatla daha ahəngdar əlaqə qurmağa, istəkləri daha sürətli yerinə yetirməyə və daha xoşbəxt insan olmağa kömək edir.

Qanunlar bunlardır:

1. Nə verirsinizsə, o da sizə qayıdır
Əgər siz özünüzə qarşı yaxşı münasibət gözləyirsinizsə, onda həmçinin başqalarına yaxşılıqla yanaşın. İnsanları sevin, yaxşılıq edin, hədiyyələr edin. Daha əliaçıq insan olmağa çalışın.
 
2. Kənarda baş verənlər sizin iç dünyanızın güzgüsüdür
Əgər həyatınızda baş verənlər sizin xoşunuza gəlmirsə, onda daxili dünyaya fikir verin və səbəbini orda tapın. Onu dəyişsəniz, sizin ətrafınız da dəyişər. Əgər siz öz bədəninizi sevmirsinizsə, o xəstələnir.
 
3. Oxşar oxşarı cəlb edir
Yaxşılıq yaxşılığı cəlb edir, qorxular həyata keçir, pis fikirlər bumeranqla qayıdır. Siz nəyi cəlb etmək sitədiyinizi özünüz seçirsiniz.
 
4. Sevgi möcüzələr yaradır
Bu ən böyük sağaldan gücdür. Özünüzə və başqa insanlara qarşı sevgi hissi pozitiv transformasiyada sizin birinci hədəfinizdir.
 
5. Fikirlər həyata keçir
Hər şey sizin beyninizdə başlayır. Sizin fikirləriniz hər şeyin açarıdır. Xəstəlik və sağlamlıq, sərvət və yoxsulluq - bunların hamısını siz özünüz yaradırsınız.
 
6. Məsuliyyət
Məsuliyyət qanunu, bütün başqa qanunlar kimi çox əhəmiyyətlidir. Onun mahiyyəti qurban rolunu buraxmaqdadır. Ətrafdakıları günahlandırmağı dayanmaq və həyatınızı öz əllərinizə götürmək lazımdır. Siz hər şeyi bacaracaqsınız, əsas buna inanmaqdır!
 
Bu həyatın əsas qanunlarıdır. Onları xatırlayın və xoşbəxt olun!
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 4 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri