Neçə yaşından sonra boy qısalmağa doğru gedir

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 8 482
Səs ver:
(səs: 4)
Böyümə çağı və yeniyetməlik dövründə sürətlə uzanan boy 35 yaşdan sonra eyni sürətlə olmasa da, qısalmağa başlayır. Boy qısalmasını qadınlar daha çox hiss edirlər. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi isə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən sümük əriməsi və qırıqlardır. Boyun qısalmasının qarşısını almaq mümkün olmasa da, gənc ikən bir sıra tədbirlərlə sümük əriməsinin qarşısını almaq mümkündür. Bunu Ortopediya və Travmatologiya Üzrə Mütəxəssis Doktor Səlim Sırrı Türkər boyun qısalmasına səbəb olan amillər və qarşısını almaq yollarından danışarkən deyib.
Qadınların sümükləri kişilərə nisbətən 5 dəfə çox əriyir
Sümük toxuması 35 yaşından sonra zəifləməyə başlayır. Hər kəsdə fərqli yöndə inkişaf edən bu zəiflik müəyyən bir səviyyəyə gəldikdə sümük əriməsi ilə müşayiət edilir. Qadınlarda sümük əriməsi kişilərə nisbətən 5 dəfə daha çox müşahidə olunur. Bunun ən əhəmiyyətli səbəbi isə klimaks dövründəən sonra estrogen səviyyəsinin düşməsidir. Sümük əriməsi sümüklərin çox asan qırılmasına, həm də boyun qısalmasına səbəb olur.
Sınıqların çoxu hiss olunmur
Sümük əriməsi ən çox bud və fəqərələrdə sınıqların əmələ gəlməsinə səbəb olur. Həmin sınıqların saylarına uyğun olaraq da boy qısalmağa başlayır. Bundan başqa, kürəkdə donqarlıq və digər duruş qüsurları da sümük əriməsinin gətirdiyi problemlər arasındadır. Bədənin fiziki şəklinin dəyişməsi və bu problemlər həyat keyfiyyətinə də mənfi təsir göstərir.
Sümük əriməsi vaxtında müalicə ediləndə boyun qısalmasını dayandırmaq mümkündür. Fəqərələrdəki sınıqların təxminən üçdə ikisində heç bir əlamət hiss olunmur. Odur ki, xüsusilə 50 yaşından sonra qadın və kişilər müəyyən fasilələrlə sümük ölçülərini hesablamalıdır.
Osteoraxondroz kimlər üçün risklidir
1. 60 yaş-dan yuxarı bütün qadınlar və kişilər
2. 45 yaşından əvvəl klimaks dövrünü keçmiş qadınlar
3. Daha əvvəl kiçik travma nəticəsində sınığı olanlar
4. 3 aydan çox kortizon istifadə edənlər
5. Siqaret çəkənlər
6. Gündə 2 qədəhdən artıq spirtli içki içənlər
7. Ağır pəhrizlər və D vitamini çatışmazlığı
8. İdman etməyənlər və gənclik illərində hərəkətsiz yaşayanlar
9. Xroniki qaraciyər xəstəlikləri və ya romatoid artrit kimi xəstəlikləri olanlar
Onurğa sınığının olub-olmadığını necə anlamaq olar?
50 yaşdan yuxarı hər kəs boy cədvəlini ölçməlidir. Onurğadakı qırıq səviyyəsini anlamaq üçün sadəcə aşağıdakı cədvəli doldurun:
Boy cədvəli:
1. Gənclik  və yeniyetməlik dövrü (18 yaş) --------- boy
2. Yetkinlik dövrü (30-40 yaş arası) ---------- boy
3. Hazırda (50 yaşdan yuxarı) ---------- boy
İndiki yaşla gənclik dövründəki boy ölçünüzdə 6 santimetr və ya daha çox fərq varsa, fəqərədə qırıq ehtimalı var.
Sümük əriməsindən əziyyət çəkənlərin daha çox yıxılma riski var
Sümük əriməsi yaşayanların təbii olaraq yıxılma riskləri də olduqca çoxdur. Bu insanların yıxılmasına mane olmaq üçün bəzi tədbirlərin görülməsi lazımdır. Sümük əriməsi yaşayanlar bu tədbirləri görməlidir:
Mütəmadi olaraq, göz və qulaq-burun-boğaz müayinələrindən keçin.
Təzyiqinizi nəzarət altında saxlayın.
Ayaqqabı seçimini düzgün edin. Dikdabanlı, ya da iti burunlu ayaqqabılara üstünlük verməyin.
Sürüşkən yoldan çəkinin.
Qarlı və yağışlı havalarda, əyri-üyrü yollarda ehtiyatlı gəzin.
Sümük əriməsinin yaranmasına mane olmaq üçün:
1. Əgər dərman istifadə edirsinizsə, fasilə verməyin.
2. Mümkün olduğu qədər qaralın. Yay aylarında saat 11.00-15.00 ı arasında yarım saatlıq və 3 həftəlik qaralma 6 aylıq D vitamini ehtiyacını qarşılayır.
3. Siqaret çəkməyin.
4. Tərkibində kalsium olan qidalara üstünlük verin.
5. Alkoqolu azaldın.
6. Sağlam qidalanın, yetərli zülal qəbul edin, təzə tərəvəz və meyvə yeyin.
7. Mütəmadi olaraq idman edin.
8. Sümüklərə toplanan yükü azaltmaq üçün əzələlərinizi gücləndirin.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 8 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri