Ömrünüzü sağlam yaşamaq öz əlinizdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 648
Səs ver:
(səs: 3)
Dövr dəyişdikcə daha çox  şəhərdə yaşayan insanlarda sağlamlıq problemləri əmələ gəlir. Əsasən gənclərin diqqət etməli olduğu bir çox hallar var ki, riayət olunmasa ciddi problemlərə yol aça bilər.Günlük həyatda bir neçə vərdişə yiyələnməklə sağlamlığınızı qoruya blərsiniz:

1. Gün ərzində ən az 7, ən çox 8 saat yatmaq lazımdır.
Uzunmüddətli araşdırmalar göstərir ki, günlük 7 saatdan az yuxlayan insanlarda daha erkən yaşlarda ölmə riski var. Eyni zamanda gündə 9 saatdan daha çox yatan insanların da bir sıra fiziki problemləri olur. Amerika Yuxu Akademiyası professorlarından Timothy Morgenthalerə görə, günlük 7-8 saat arası yuxu idealdır.

2. Bayıra çıxmaq və təbiət qoynunda dincəlmək lazımdır.
İnsanların təbiətlə vəhdətdə yaşaması həm fiziki, həm də zehni cəhətdən çox faydalıdır. Özünüzü mümkün qədər təbii bir ətraf mühütə adaptasiya etməlisiniz. Epidemiology & Community Health jurnalında 2009-cu ildə yayımlanan bir araşdırmaya görə, yaşıllıq olan bölgədə yaşayan insanlar şəhərdə  yaşayan insanlarla müqayisədə daha sağlamdır. Təbiətlə vəhdətdə yaşayan insanlar daha az qayğılı olur və yoluxucu xəstəliklərə tutulma ehtimalı daha aşağıdır.

3. Siqareti atmağın tam zamanıdır.
Son 10 ildə aparılan onlarla çalışma nəticəsində siqaretin sağlamlığa vurduğu zərərlə bağlı dünya əhalisi maarifləndirilib "New England Journal of Medicine”də yayımlanan son araşdırmalara görə, uzun illər siqaret çəkən insanlar həyatlarının 10 ilini  qurban verirlər. Əgər 35 yaşacan siqareti tərgidə bilsəniz, onun yaratdığı ölümcül riskləri minimuma endirə bilərsiniz.

4. Imkan daxilində yeməyinizi evdə özünüz bişirin.
Kembric  Üniversiteti tərəfindən aparılan araşdırmaya görə, yeməyini evdə özləri bişirən Tayvan xalqı, kənarda yemək yeyənlərə nəzərən daha çox yaşayır. Bunun əsas səbəbi: Yeməyinizi özünüz bişirdikdə, nə yediyiniz üzərində güclü bir hakimiyyətə sahib olursunuz. Yeməyinizə sağlıqlı qidalar əlavə edə, miqdarını özünüz müəyyənləşdirə bilərsiniz.

5. Yediyiniz meyvə və tərəvəz miqdarını artırın.
Harvard Üniversiteti tərəfindən aparılan bir araşdırma davamlı olaraq meyvə və tərəvəz yeyən insanların daha az ürək-damar xəstəliklərinə  tutulduğu göstərilib.

6. Qazlı içkilərdən imtina edin.
Qazlı içkilərdən istifadə  imtina etməniz üçün kifayət qədər səbəb var. Amerika Ürək XəstəlikləriTəşkilatı tərəfindən yaradılan Circulation jurnalının apardığı və 6000-dən çox insanın qoşulduğu araşdırmaya görə, gündə ən az bir dəfə qazlı içki içən insanlarda aşağıdakı problemlər ortaya çıxır:

-Metabolik sindrom simptomları;
-daha geniş bel;
-Diabed;
-Aclıq qlükozasının pozulması;
-Yüksək qan təzyiqi  və sair;

7. Daha çox su için-Su həyatdır.
Böyrək daşlarının yaranmasının qarşısını alır, dərini təravətləndirir və gözəlləşdirir, ifrazat problemlərinin qarşısını alır.

8. Az oturun.
Bu dövr üçün artıq oturmaq bir xəstəlik adını alıb. Ofis işçiləri, gün ərzində oturma saatlarınızı azaltmaq üçün bir plan hazırlaya bilərsiniz. Məsələn, günün 8 saatını oturaraq keçirdiyiniz bir işdə çalışırsınızsa hər saat 5-7 dəqiqə sizi ayaqda tutacaq bir məşğuliyyət tapın. Beləliklə, gün ərzində oturaraq keçirdiyiniz zamanı 1 saat azalda bilərsiniz.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri