Nifrət etdiklərimiz...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 19
Baxılıb: 8 210
Səs ver:
(səs: 9)
Nifrət etdiklərimiz:

1.Odeyalı yorgan ağına keçirməyə nifrət edirəm,sadəcə səbrim çatmır.

2Canım .Valideynlərim otağıma girib nə isə deyib çıxanda qapını açıq qoymalarına dözə bilmirəm.Elə bil çətin işdir qapını arxanca örtmək.

3.Mağazada pulun qalığını almaq üçün əlini uzadırsan,onlar isə yox,qabın içinə qoymalıdırlar xırda pulu.Sonra gəl onu bir-bir ordan götür.

4.İkimiz də online olduğumuz halda yazmırıq-ya inciklik var,ya qürur yol vermir,ya da hər ikimiz axmağıq.

5. Nifrət edirəm Şəhər uşağı, Rayon uşağı mübahisəsini edənlərdən.

6.Danışan zaman ağzından tüpürcək sıçramasına nifrət edirəm

7.Yol ilə gedirsən və birdən başa düşürsən ki sənə əks tərəfə lazımdır.Amma dönüb geri qayıtsan hamı deyəcək başdanxarabdır.Zəhləm gedir belə vəziyyətdən

8. Facebookunda 100-lerlə oğlan dostu olanlara nifrət edirəm.

9.Siyasi şüarlara nifrət edirəm.

11.Gecə bir yerə  gedərkən ömründə ağlına gəlməyəcək bədheybətlərin gözlərim qarşısına gəlməsindən zəhləm gedir.

12.Öz gözlərində qiymətləri olmayan üzdəniraq küçə qızlarına nifrət edirəm.İmkanlı qız axtarışına çıxıb ağlında bundan başqa heç nə olmayan oğlanları sevmirəm.

13.Həyatdan heç nə anlamayan papa uşaqlarından zəhləm gedir.Atalarının Lexus-unda forslanırlar sanki dünya bunlarındır.

14.Gecənin yarısı oyanıb səhər tezdən durmalı olmağı fikirləşməyi,səhərin açılmasına isə lap az qaldığını görməyi sevmirəm

15. Evdəkiləri başqa yerə gedirəm adı ilə aldadıb başqa yerə gedən övladlardan.

16.Xəstələnməyi sevmirəm.Qripə nifrət edirəm.Qızdırma,baş ağrısı,halsızlığa dözə bilmirəm...

17.Off heç xoşlamıram da.Ac olursan soyuducunu 5 dəqiqədən bir açıb baxırsan ki bəlkə yeməyə nəsə tapasan.Amma bilirsən axı orda heç nə yoxdur.Yenə özünü saxlaya bilmirsən açıb baxırsan.

18.Sevmirən burnunu hər yerə soxan insanları.Avtobusda oturub sms yazırsan,kimsə yanında dayanıb ədəb ərkanla yazdıqlarını oxuyur.Bax sənin nəyinə qalıb mən nə yazıram!

19.Bütün günü yuxun gəlir.Özünə söz verirsən ki axşam saat 9 olan kimi yatacam.Tərslikdən gecə saat 2-yə kimi yatmağa imkanın olmur.

20.Xoşlamıram mağazada satıcılar addımbaaddım arxanca gəzişir.Nəsə alacaqdınsa o da yadından çıxır.

21.Sevmirəm virtualda hər kəs bir birinə ürəklər,öpüşlər göndərir,realda ilə adi köməkdən də boyun açırırlar.

22.Əsəbləşirəm,kənardakılar yaşını soruşub hələ də təksən deyə sənə yazığı gələn baxışlarla baxanda.Sanki dünyanın sonudur.Düşünməkdənsə ki layiqli biri ilə rastlaşıb ailə qurasan-yox kimlə gəldi,təki yaşıdlarından geri qalmayasan.

23.Nifrətə nifrət edirəm.Bu insanı içindən yeyır.Yandırır,yerində külü qalır.Amma bununla heç nə etmək mümkün deyil)).

Bəs siz??? Siz nələrə nifrət edirsiniz?
(səs: 9)
Şərhlər: 19
Baxılıb: 8 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri