Yuxu görmək istəyirəm...

Müəllif: guler19
Şərhlər: 18
Baxılıb: 1088
Paylaş:
Səs ver:
(səs: 9)
İstəyirəm bu axşam yatım və səhər yuxudan duranda görüm ki son 25 il olmayıb.Baxım ki, hamı adi qayda ilə məktəbə,işə yollanır və düşünüm:”Bu nə  axmaq yuxu idi mən gördüm!”

Görüm ki torpaqlarımız erməni işğalı altında deyil.Yenə də sakit may səhərində məktəblilər avtobusla Şuşaya gəzməyə gedirlər.Bir  istirahət gününü vətənimizin gəzməli,görməli bir yeri olan Şuşada keçirəcəklər.Ordan maraq dolu xatirələrlə və şəkillərlə qayıdacaqlar.
 
Görüm ki daha küçədə zibil qutularını eşələyən ac,cır-cındır içində olan qocalar da yoxdu.Küçədə əl açıb dilənənlər hər tin başını tutmayıb,yolun kənarında körpəsini qucağına sıxaraq sürücülərdən pul istəyən qızcığaz da harasa yox olub.

Kasıb ailələri belə pis vəziyyətdə görməyim.Heç olmasa uşağına məktəbli forması almağa gücü çatmayan valideynin gözlərindəki ümid işığını görüm-dövlət özü kasıb ailələrin uşaqlarını məktəbli forması ilə təmin edəcək. Kommunal xərcləri ödəyə bilməyən insanların qışın soyuğunda qaranlıq otaqda soyuqdan odeyala büründüyünü də görməyim.

Günü gündən yağlanan,piylənən burjuyları,onların yanında kiçilən,aşağı görünən insanları görməyim.Görməyim ki hələ maşın sürməyə yaşı çatmayan papa uşağı növbəti bir ailəni başsız qoyub,neçə nəfərin göz yaşına səbəb olsa da səhəri gün eyni qayda ilə,eyni surət ilə həmin küçədən keçir.

Bütün əmək haqqını kommunal xərclərin ödənilməsinə verib sonra evdə çörək almağa pulu qalmayan atanın acizliyini görməyim.O atanın ki seçim qarşısında qalacaq:kommunal xərcləri ödəsin yoxsa uşaqlarını yedizdirmək üçün bazarlıq eləsin.Cib xərcliyi istəyən oğlüna pulum yoxdur deyən atanın o an keçirdiyi hissləri mən də yaşamayım.

Minimal əmək haqqı adlanan istehza dolu o rəqəmi görməyim.Təqaüdçülərin heç bir həftəyə də bəs etməyən gülünc təqaüdlərinə baxıb utanmayım.Görməyim ki,minimal əmək haqqının "artması”na baxmayaraq insanlar günü gündən kasıblaşır.

Görməyim ki,bir insan neçə il işləməlidir ki özünə yaşamaq üçün heç olmasa adi şəraiti olan bir ev düzəldə bilsin.

Ali təhsil diplomu olan bir gəncin gündəlik iş üçün ora bura vurnuxduğunu görməyim.İş tapa bilməyən,tapdığı işlərin qarşılığında alacağı əmək haqqını dilə gətirməyə utanan gəncin evlənib ailə qurmaq xülyasından əl çəkdiyinə şahid olmayım.Günü gündən dəyişən,heçə çevrilən əxlaqi dəyərlərin yerini yüngül həyat devizinə çevrişmiş əxlaqsızlıqla əvəz olunduğunu görməyim.

Semestrin sonunda tələbələrin müəllimi "görmək”lərini mən görməyim bircə.Müəllim kimi şərəfli bir adın rüşvət,pozğunluq,qızları yoldan çıxarma kimi terminlərlə sakitcə və heç bir dəhşət yaratmadan çəkilməsini görməyim bəlkə.Bəlkə hamilə olan  6-7 sinif şagirdi,narkoman məktəblilər,”kişiləşmiş” qadınlar,”qadınlaşmış” kişilər də tamamilə yad olsun cəmiyyətə.

Televizorda hər gün izlədiyimiz xəbərlərdə ölüm görməyim.Görməyim ki,hər şey dağılır,batır,enir.Mən bundan yaman yorulmuşam.Mən son bu ili rahat yaşamaq istəyirəm.İstəyirəm insanların yüksəlişini eşidim,qələbələrinə sevinim,övladlarımızın ölüm xəbərini yox,nailiyyətlərini paylaşaq.Dəqiq bilim ki orta məktəbi bitirib mütləq ali məktəbə qəbul olunacam,imkanımdan asılı olmayaraq təhsil almaq hüququm olacaq.

Dəqiq bilim ki gecəyədək həyətdə ,küçədə yoldaşlarımla gəzə bilərəm və valideynim düşünməyəcək ki ilahi görəsən necə bir kompaniyaya düşə bilər.Dəqiq bilim ki,bazar günləri "Nağıllar aləminə səyahət”,axşamlar "Gecəniz xeyrə qalsın” efirdə olacaq və biz səbirsizliklə onu gözləyəcəyik.Dəqiq bilim ki tətillərdə sevimli uşaq filmlərini izləyəcəyik.Yay tətilini keçirmək üçün nə qədər uzaqda olsa da nənələrimizin yanına gedə biləcəyik,daha bu valideynlərimizə yarım illik əmək haqqı bahasına başa gəlməyəcək.

İstəyirəm ki sabahım üçün qorxmayım.İstəyirəm ki mənim uşaqlarımın da sabahı sual altında olmasın.İstəyirəm yuxudan ayılım və görüm ki son bu neçə  il sadəcə dəhşətli bir yuxu imiş...

loading...
(səs: 9)
Şərhlər: 18
Baxılıb: 1088
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
cox gozel yazidi heqiqeten adami dinceldir oxuduqca tesekkurler
3 aprel 2015 00:37
18
Offline
leyla_258
men daha bu aksam yuxu gordum.

men daha bu aksam yuxu gordum.
2 aprel 2015 17:41
17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Sucan
Men yuxu sabah gorurem gece yox beynim pozlub yaxtinda yatmiramki telefon uzunden
2 aprel 2015 03:05
16
Offline
vipbetul
cox gozel yazidi bu gunun berkemde sabahin en boyuk prablemleri,heyat bax budu adami pulu olmayanlari ezib kecir vurur yixir hec demirki nege insandi insanlada cox ele bucur prablemler zorluyur pis insan menfi xarakterli olmaqa
2 aprel 2015 01:00
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
aziz a
Ay qizlar men bu gece yuxumda Svetoklana bacimi gormusem, amma nese burda gormurem nece gundu...bilen var hardadi,???
Cox deqiq ,her bir problem, her bir istek haqqinda yazilib yuxarida tesekkur.
2 aprel 2015 00:11
14
Rebbim kömek olsun cümlemize Amin
Offline
leyla_258
ay men her gun yuxu gorurem.

ay men her gun yuxu gorurem.
1 aprel 2015 23:10
13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
aliceWOnDer
Yatım durum gorum ki uje teləbəyəm
1 aprel 2015 21:30
12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Fialka
Çox təəssüf ki, həmişə yuxular çin olmur, sadəcə ümid edib Allaha sığınmaqdan başqa əldən heçnə gəlmir, inşAllah kaşki sözünü heç vaxt işlətmək məcburiyyətində qalmarıq..
1 aprel 2015 21:06
11
Offline
Tomris Müslümova
superrr xeberdi bu.mende yatim durum gorum 3 il geriye,mekteb illerine donmusem 11 ci sinife.eeeeeh
1 aprel 2015 21:03
10

Sən sadəcə mənimsən...!
Offline
Mrs.A
Isteyiremki yatim durum gorum imtahandan 5/5 almisam..sora bir defede yatim durum gorum ADIU da oxuyuram..ohh miss...insaALLAH
1 aprel 2015 20:22
9
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Catwoman666
kas ki yaaa kaskii....ama bir terefden de ne maraqsiz heyat olardi.....her sey istediyimiz kimi olsa maraqsiz heyat olar. onda bu heyati.niye yasayiriq ki? amma yene dde men de isteyirem xeberde yazilanlarin gercek olmasini...(
1 aprel 2015 20:13
8
Viking
Offline
tatyana
ehh kaski...kaskii sen dediyin kimi ola aybaci
1 aprel 2015 19:56
7
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
BARBI
isteyirem ki bezen yatim ve durum yasadigim butun pis hadiselerin hamisinin yuxu oldugunu gorum...teesufki bu mumkun deyil yasadigimiz her sey gercekdir
1 aprel 2015 19:28
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Сладкий Ангел
ne gozel xeberdir bu 07 maladadesss sizee cox beyendim deyilenlerle cox raziyam
1 aprel 2015 19:22
5
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
qanadli melek
Ne gozel tesirli yazilb kaw dogrudanda yuxu olaydi bezi weyler oyanaydiq olmamis olaydi
1 aprel 2015 19:15
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Nergız33
Cox menalı yazıdı. Dediylerinle tamamı ile razıyam.
1 aprel 2015 18:36
3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
rəmsə
Çox təsirli yazıdıuhukaşki kaşki həqiqətən bu saydıqlarınız kimi olsun hər şey. Mən də həmişə zibil qutuların eşələyənləri görəndə içim parça-parça olur.ciyy
1 aprel 2015 18:16
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Sevgi Meleyi
men her gun gorurem yuxu bunlari hec oxumadime sebrim catmadi 122
1 aprel 2015 18:00
1
love love love

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv