Gənclərin daha bir dərdi: korluğa gətirən fəsadlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 613
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1323252395-367.jpg

Gözlər qəlbin aynasıdır. Yəqin ki, bu sözlər boşuna deyilməyib. Görəsən, gözlərimiz olmasaydı, biz nə edərdik? Bu suala cavabı düşünmək belə qorxuludur. Bəs bizim üçün bu qədər vacib olan gözlərimizin qədrini bilirikmi? Onları kompüterin yaratdığı təhlükədən, Günəş şüalarından və s. kimi təhlükələrdən qorumaq üçün biz nə etməliyik?

Göz həkimi Paşa Qəlbinur Milli.Az xəbər portalına müsahibəsində mövzu ilə bağlı sualları cavablandırdı: "Qabaqlar kompüter kimi texnikamız yox idi. Düzdür, indi heç bir işi kompütersiz təsəvvür etmək mümkün deyil, ancaq biz bu kimi texnikanın yaratdığı fəsadları düşünmürük. Kompüterin, eyni zamanda da bizim həyatımızın bir parçası olan telefonların mənfi təsiri elmi araşdırmalarda öz təsdiqini tapıb. Bu gün insanlar bütün günlərini televizor qarşısında keçirirlər, bunun gözə necə zərərli olduğunu isə düşünmürlər. Ümumiyyətlə, bu gün ətrafımızda nə varsa, göz üçün təhlükəlidir. Bu gün bizim aldığımız hava belə, bizə zərərlidir.

Hazırda radiasiya artır, üstəlik, ölkəmizdə maşınların, avtobusların çoxalması nəinki gözümüzə, bütün orqanizmimizə təsir edir. Düzdür, indi televizorlara, kompüter monitorlarına şüanın qarşısını almaq üçün filtrlər yerləşdirilib, lakin bununla belə, gözlərimiz yenə də qorunmur. İstər kompüterlə məşğul olduqdan sonra, istərsə də kitab oxuduqdan sonra fasilələr verməliyik. Gözlərimizi çox da soyuq olmayan su ilə də yusaq, yaxşı təsir edər".

Niyə məhz gənclər?

Həkim Paşa Qəlbinur son zamanlarda Azərbaycanda göz xəstəliklərinin və görmə ilə problemin məhz gənclər arasında olduğunu da açıqladı: "Bugünkü gənclərimizin əksəriyyəti göz xəstəliklərindən əziyyət çəkir. Xüsusilə də görmə qabiliyyətlərinin azalması gənclərimizi çox narahat edir. Bunun səbəbi də gənclərin boş vaxtlarını kompüter oyunları ilə və sosial şəbəkələrdə keçirmələridir. Gözlərdə quruluq, yanma, qızarma və həmçinin baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.

Bundan əlavə, uşaq dünyaya gəldikdən sonra, artıq altı aylığında valideynlər uşaqlarını göz müayinəsindən keçirməlidirlər. Bu, körpələrdə müayinə üçün ideal zamandır. Uşaqlarda isə artıq üç yaşından gözlərin müayinəsinə başlasalar, daha yaxşı olar. Uşaq məktəbə gedəndən sonra isə artıq hər il müayinədən keçməlidir".

Kompüter: dostumuz, yoxsa düşmənimiz?

Göz həkimlərinin əksəriyyətinin fikrincə, müasir texnologiyalar, xüsusilə də kompüterin gözlərimizə fəsadları olduqca çoxdur. Həkim P.Qəlbinurun dediklərinə görə, kompüter gözləri kor olmağa belə gətirib çıxara bilir:

"Gözlərimiz anatomik olaraq görmə baxımından hərəkət etməyə və uzaqlığa görə kiçilib-böyüməyə hazır yaradılıb. Monitor arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Çünki gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Gözlərin sağlamlığını qoruya bilməsi üçün göz qırpmaq çox vacibdir. Kompüter arxasında oturanda isə onları çox gec-gec qırpırıq. Buna görə gözlərdə quruluq yaranır. Göz yorğunluğu və quruluğunun səbəbi budur".

Gözlərimizi necə qoruyaq?

"Yalnız yaxşı işıqlandırılma şəraitində yazıb-oxumaq lazımdır. Uzanan vəziyyətdə kitab oxumaq olmaz, nəqliyyatda oxumaq olmaz. Kitabı gözdən düzgün məsafədə tutmaq lazımdır. Televizora uzun müddət baxmaq və günlərlə kompüterdə oyun oynamaq olmaz. A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük vermək lazımdır", - P.Qəlbinur dedi.

Əsəb gözlərə necə təsir edir?

Psixoloq Sevinc Allahyarova isə əsəb xəstəliyi olanlara gözlərinə qarşı daha diqqətli olmağı məsləhət gördü:

"Əsəb nəinki beyin sistemini, hətta gözləri də sıradan çıxarır. Bəzi əsəb xəstəliklərindən əziyyət çəkənlər bilməlidirlər ki, onlar bəzən kor da qala bilərlər. Əsəbdən əziyyət çəkən xəstə, əgər gözlərində problem yarandığını hiss edirsə, əsəb həkimindən başqa, göz həkiminə də müraciət etməlidir. Bu cür xəstələrin gözlərinə laqeyd yanaşmamaları məsləhətdir".

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 613
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri