Azərbaycanda çörəyə "ölü dərmanı" qatılır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 633
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1323253218-367.jpg

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) çörək məhsullarına "ölü dərmanı - unifol maddəsi"nin qatılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Komitənin mətbuat xidmətindən  verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində ölkənin çörəkbişirmə intimlərində məhsul istehsalı zamanı "meyit dərmanı" kimi təqdim olunan kimyəvi maddənin vurulması iddia olunur. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da çörək məhsullarının uzunmüddətli yumşaq saxlanmasını təmin etmək üçün "ölü dərmanı - unifol" maddəsinin qatıldığı haqda məlumatlı olduğunu iddia edib.

SMPDK məsələnin ictimaiyyət arasında geniş əks-səda doğurduğunu nəzərə alaraq araşdırma aparıb və müəyyən olunub ki, mətbuatda səslənən bu informasiyanın heç bir hüquqi əsası yoxdur, istehlakçıların çaşdırılması məqsədi daşıyır. Belə ki, Azad İstehlakçılar Birliyinə ünvanlanmış 21.11.2011 tarixli sorğuya cavab olaraq bildirilib ki, çörək məhsullarına "ölü dərmanı - unifol" kimyəvi maddəsinin vurulduğu barədə məlumatlar AİB-ə gələn bir neçə istehlakçı zənglərinə əsaslanır.

Komitə bildirir ki, "unifol" adlı kimyəvi maddə, ümumiyyətlə, mövcud deyil. Unifol izolyasiya materialı olub tikintidə istifadə olunur. Azərbaycanda gündəlik tələbat məhsulu kimi ön sırada dayanan çörək istehsalı isə Komitənin müvafiq qurumlarının nəzarətindədir. Ərazi Dövlət Nəzarəti İdarələri tərəfindən qanunvericiliyə uyğun olaraq normativ sənədlərin tələblərinə uyğun gəlməyən, keyfiyyətsiz və təhlükəli məhsul istehsal edən təsərrüfat subyektləri aşkarlanır və həmin sahibkarlar inzibati məsuliyyətə cəlb edilərək müəssisələrdə məhsul istehsalı dayandırılır, bu barədə SMPDK-nın mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinə dərhal məlumatlar verilir.

Komitə ərzaq təhlükəsizliyinin təmin edilməsində, keyfiyyət infrastrukturunun inkişafında qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bir daha bildirərək, AİB-i insanlar arasında çaşqınlıq yaradan qeyri-səhih informasiyaları yaymamağa çağırır.

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri