Əlaqəni Sarsıdan Vərdişlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 283
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1323419687-367.jpg

Qadın ya da kişi bəzən narahat edən bir şey olduğunda, qarşı tərəflə bu mövzuda üzləşməkdən qaçınar. Daha pisi olacağı qorxusu ya da gərəksiz küslülük səbəbiylə, narahat olduğu mövzunu gündəmə gətirmək yerinə oturub qaşqabağını tökər və məsələn bütün bir axşamı məhv etməyi seçər.
Bəzən narahat edən şeylər üzündən deyil, narahat etməsi lazım olduğu düşünülən şeylər üzündən qadın ya da kişi əsəbi davranar.
Cütlük ya da tərəflərdən biri danışarkən bəzən bir mövzuya ilişib qalar və o mövzunu davamlı irəliyə sürər. Halbuki bu əlaqədə bitkinliyə gətirib çıxarar. Hər iki tərəf üçün də...
Qadın ya da kişi bəzən yoldaşına çox yaxşı etdiyi ya da asanlıqla başa çıxa biləcəyi işləri necə etməsi lazım olduğunu izah edər. Ona uşaq kimi davranar. Halbuki bu əlaqəni zəhərləyən hadisələrdən biridir. Qarşı tərəfin ya əsəbiləşməsini ya da həqiqətən bütün məsuliyyətləri üstündən atmasını təmin edər.
Xüsusilə əlaqənin ya da evliliyi irəli mərhələlərində, bəzən bir tərəf xarici görünüşünə diqqət göstərməyi buraxar. Amma əlaqə belə bir şeydir. Sürməsi və gözəlləşməsi üçün davamlı diqqətə ehtiyacı vardır.
"Üzr istəməmək" də bir əlaqədə ən çox rast gəlinən pis vərdişlər arasındadır. Bəzən bir tərəf, bəzən də ikisi birdən üzr istəməkdən xoşlanmaya bilər. Amma haqqsız olduğunda insanların üzr istəməsi lazımdır. Əlaqənin sağlamlığı baxımından əhəmiyyətlidir.
Qarşısındakını hirsləndirmək ya da qırmaq istəməmək üçün "davamlı təsdiqləmək" də başqa bir pis vərdişdir. Əlaqənin həyəcanını yox edər.
Kin tutmaq. Başqa bir pis vərdiş. Zaman içində əlaqəni zədələyərək yox edən bir zərbə kimidir. Qarşısındakını dinləməmək, sözlərinə dəyər verməmək.. Həmişə öz sözünü keçirməyə çalışmaq ya da haqlı olduğunu təkrarlamaq.. Bu hörmətsizlik və qarşısındakını alçaltmaq mənasına gəlir.
Asılı olmadan hərəkət etmək. Cütün bir fərdi, öz zövqlərini və öz başına reallaşdıracağı fəaliyyətləri, birliklərinin önünə qoyursa, onsuzda o əlaqə üçün söyləyəcək çox bir söz qalmamış deməkdir. Hələ sürüyürsə, ehtimalla kənardan izləyənlərə qarşı bir nümayişdir.

Sizin fikrinizcə belə bir əlaqə nə qədər davam edər?

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri