Heç bir şey HƏYAT qədər sıxıcı ola bilməz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 7 272
Səs ver:
(səs: 5)
Yazar olmaq istəyirsən? Hər şeyə rəğmən, o, daxilindən vulkan kimi pükürüb yol açmasa, yazma! Çağrılmadan gəlməzsə - ürəyindən, düşüncəndən, ağzından və canından yazma. Söz axtararaq, saatlarla oturub gözünü bilgisayarın ekranına zilləməlisənsə və ya yazı maşınının üzərində belini bükməlisənsə, yazma. Pul və ya şöhrət üçün yazırsansa, yazma. Yazmağı eləcə ağlından keçirmək ağır işdirsə, yazma. Əyləşib təkrar-təkrar, yenidən yazmalısansa, yazma. Başqa birisi kimi yazmağa çalışırsansa, unut bunu. Onun içindən gurultuyla çıxmasını gözləməlisənsə, o halda səbrlə gözlə. O, heç vaxt gurultuyla çıxmazsa, başqa işlə məşğul ol. Onu ilk öncə həyat yoldaşına, qız dostuna, oğlan dostuna, valideynlərinə və yaxud ümumiyyətlə, kiməsə oxumalısansa, sən hazır deyilsən. Çoxsaylı yazarlardan olma, maraqsız, bezikdirici və lovğa olma. Xudbinlik hissi səni boğmasın. Dünya kitabxanaları sənin kimilər ucbatından əsnəyə-əsnəyə yuxuya dalıb. Bunların sayını artırma. Yazma! O, ruhundan raket kimi çölə çıxmazsa, sakit durmaq səni dəliliyə, özünə sui-qəsdə və ya qətlə məcbur etməzsə, yazma!

Səhər tezdən bir zəngli saat səsiylə oyanıb yerindən atılan, geyinib, hamamda dişini fırçalayan, saçını darayan, başqa birinə böyük pullar qazandırdığı bir yerə çatmaq üçün tıxacla boğuşan və bütün bunlara sahib olma fürsəti tapdığı üçün minnətdar olmağa vadar edilən biri həyatdan necə həzz ala bilər?

Sevgi - yaxşı bir şeyə dəyər verəcək qədər sağlam fikirli olmaqdır. Qan qohumluğu lazım deyil. Qırmızı bir dəniz topu, ya da üzərinə kərə yağı sürtülmüş, qızarmış çörək də sevilə bilər.
 
Mən belə qənaətə gəlmişəm: "Hər şey nədirsə, odur. Başqa bir şeyə bağlı deyil".
 
Məni idarə edə bilərsiniz, amma mənə edəcəyiniz şeylər "edilə biləcək şeylər çərçivəsi"ndən kənara çıxmayacaq.
 
Heç bir şey HƏYAT qədər sıxıcı ola bilməz.

Yalnızlıqdan da pis şeylər vardır həyatda. Amma adətən bunları anlamaq üçün bütöv bir ömür lazım olur. O zaman da çox gecdir və "gec"dən pis bir şey yoxdur həyatda.

Hər kəs itirə bilər, itirmək qabiliyyətlərin ən asanıdır.

Siz dünyanı xilas edin, mən də necə xilas etdiyinizi yazaram.

Etik dəyərləri olmayanlar özülərini daha azad görərlər. Amma əksəriyyəti sevmək və hiss etmək bacarığından məhrumdurlar.
 
Təbii ki, bir insanı çox sevə bilərsiniz, əgər onu yetərincə tanımırsınızsa.

Həyat fəlsəfəmi soruşdular, cavab verdim: "Sonsuz bir ömür yaşayacağını düşün, sabah öləcəkmiş kimi yaşa".
 
Yazıçıların yazma səbəbi çarəsizlikdir və yazdıqlarına görə artıq çarəsiz sayılmırlar.
 
İnsan həyatı çox rəzil birşeydir: ona bənzər o qədər olub-bitən şey var ki...

"Kədər" xoş bir sözdür və bir həyat tərzidir. Qapını aç, övlad, uzaqlaş oradan.

Həyat elə bir şeydir ki, doğularkən niyə ağladığını yaşayarkən göstərir.

Məncə içmək, hər gün təkrar edilə biləcək və ertəsi gün yenidən həyata dönə biləcəyin bir intihar formasıdır.
 
İnsan - keçmişin həsrətini çəkən, gələcək üçün səbrsizlənən və indidən şikayətlənən bir varlıqdır.

Həyat elə lənətli birşeydir ki, susduğunda "danışmadın" deyə peşman edər, danışdığında isə susmadığın üçün məhv edər.
(səs: 5)
Şərhlər: 11
Baxılıb: 7 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri