Ümid haqqında aforizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 39 318
Səs ver:
(səs: 9)
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir.O bu yolçuluğa çıxarkən həm qəlbi,həm əqli,həm dəduyğuları saflaşdırır.O uzağı yaxın edən dəyər,yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir. ("Füyuzat"jurnalından)

Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır. (Napoleon Bonapart:Fransız imperatoru)

Şan-şöhrətini itirsən də ,ümidini itirmə.Günəş hər gün batır,amma ertəsi gün yenidən doğur. (Platon:Qədim Yunan filosofu)

Ümidləri heç vaxt boşa çıxmayanlar heç vaxt ümid etməyənlərdir. (Bernard Şou:İngilis yazıçısı)

Mühüm olan yıxılıb-yıxılmamağın deyil,yenidən ayağa qalxıb-qalxmamağındır. (Naməlum)

Ən böyük ümid ümidsizlik üzərində qələbədir. (Jorj Bernanos:Fransız yazıçısı)

Hər şeyə ümid etmək lazımdır,çünki heç nə ümidsiz deyil. (Lin:Qədim Yunan filosofu)

Çarəsizliyin yeganə dərmanı ümiddir. (Uilyam Şekspir:İngilis şairi və dramaturqu)

Çətinlik asanlıqla birgədir.Ağlını başına topla və ümidini itirmə. (Cəlaləddin Rumi:Türk şairi və mütəfəkkiri)

Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil. (Fridrix Nitsşe:Alman filosofu)

Ümidsizliklə mübarizə aparmaq lazımdır,çünki ümidsizlik dirilər üçün deyil,ölülər üçündür. (Ernest Bakler:Kanada yazıçısı)

Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir. (Aleksandr Pop:İngilis şairi)

Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır. (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)

Ya ümidsizsiniz,ya da ümid sizsiniz
Ya çarəsizsiniz,ya da çarə sizsiniz. (Behcət Necatigil:Türk şairi)
(səs: 9)
Şərhlər: 11
Baxılıb: 39 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri