Ən böyük yaxşılıq

Müəllif: adsiz-a
Şərhlər: 7
Baxılıb: 4 622
Səs ver:
(səs: 4)
Ən böyük yaxşılıq:
Bir insana edilə biləcək ən gözəl yaxşılıq, nə onu mala mülkə boğmaq, nə çox yaxşı bir karyera təqdim etmək, nə çox yaxşı bir xanıma, bir-birindən gözəl uşaqlara malik olmasını təmin etməkdir. Bir insana istəsəniz bütün dünyanı verin, yenə də ona ən böyük yaxşılığı etmiş olmazsınız. Bir insana edilə biləcək ən böyük yaxşılıq nədir bilirsinizmi, o insanın hidayət yoluna vəsilə olmaqdır.
Bir insana həqiqətən Allahı  sevdirsən, ona Qurana tabe olaraq yaşamağı öyrədirsən, qismətə təslim olmağın rahatlığını hiss etsən, hər an imtahan olduğunun başa düşməsini təmin etsən, o zaman onun üzərindən milyonlarla ton yükü qaldırmış olarsan. Əgər ona qısa keçən dərhal tükənən dünya həyatının deyil, sonsuz axirət həyatının real həyat olduğunu izah edib iman etməsinə vəsilə olsan o zaman o insanı əbədi qəmdən, kədərdən, dünya ehtirasından xilas etmiş olarsan.
Niyə bilirsinizmi? Çünki Allahsızlıq insanı əzər, dəhşətli iztirab verir. Allahsızlıq insanın qəlbini yandıran, ağlını pozan, əzab verən ən böyük bəladır. Məhz bu səbəbdən dünyada gördüyünüz milyonlarla insan xoşbəxt olmağın, qəlblərindəki şiddətli ağrı aradan aparmaq yollarını çarəsizcə axtarırlar, amma nə edirsə etsin, bir cür tapa bilmirlər. Kimisi içkiyə sarılır, kimisi narkotikə sarılır. Bəziləri mal üstünə mal yığır, kimisi öyünəcək uşaqlara sahib olur, kimisi iş həyatına ehtirasla basdırılır. Kənardan baxanda bəziləri nə qədər pərişan olduğunu, nə qədər bədbəxt olduğunu gizlədir, diqqətlə, ümidsiz halda xoşbəxtlik görüntüsünü verməyə çalışır. Halbuki iman edən bir insan həqiqi xoşbəxtliyi, əmin-amanlığı və sonsuz inamı tutduğundan bu saxta görüntüyə heç vaxt inanmaz
Nəticə olaraq bir insana çox böyük bir yaxşılıq etmək istəyirsinizsə, onu müvəqqəti olan dünya həyatına deyil, axirət həyatına çəkin. Ona onu yaradan Allahı, Onun böyüklüyünü, ədalətini, qayğısını, mərhəmətini danışın. Bu dünya necə qüsursuz yaradıbsa, axirəti də qüsursuz yaradacağını deyin. Dünyanın çox tez keçdiyini bu üzdən dünyaya heç vaxt uymaması lazım olduğunu anladın. Yalnız qul olmaq üçün yaradılırıq, bu dünyada hər etdiyimizdən sorğu-suala çəkiləcəyimizi açıqlayın. Qədərə təslim olub Allaha güvənərək çox böyük bir rahatlığa qovuşun, deyin. Həqiqi xoşbəxtliyin yalnız imanla mümkün olduğunu bildirin. Bir adama yaxşılıq etmək istəyirsinizsə, onun imanına vəsilə olun, bax o zaman o insanın ayaqlarının altına, həm bu dünyada, həm də axirətdə sonsuz nemətlər etdirmiş olarsınız. Daha öncə xəyal belə edə bilməyəcəyi xoşbəxtliyə və əmin-amanlığa qovuşdurun insanlar.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 4 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri