Şipşirin və rahat yuxu üçün dərmansız, asan vasitələr

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 5 723
Səs ver:
(səs: 5)
Narahatlıq keçirməyə ehtiyac yoxdur, çünki yaz aylarında bu, normal haldır. Odur ki, bu vəziyyətinizdən maksimal dərəcədə yararlanmağa çalışın.

Gecə rahat yatmaq üçün ilk növbədə yaxşı yuxuya getmək və rahat yatmaq üçün bir neçə mərhələdən keçmək gərəkdir.

Birinci mərhələ - su prosedurlarıdır. Yatmazdan öncə efir yağları ilə vanna qəbul edin. Çobanyastığı və lavanda yağları daha çox məsləhətdir. Bu prosedur bədəninizə rahatlıq gətirib, yorğunluğu çıxaracaq. Qeyd edək ki, su nə çox isti, nə də çox soyuq olmalıdır. Yoxsa əks nəticə göstərə bilər.

İkinci mərhələ üzün masajıdır. Bunun üçün xüsusi maska köməyiniz olacaq: iki xörək qaşığı zeytun yağı, 1-2 damcı darçın yağı, 2-3 damcı çobanyastığı yağı, 1-2 damcı adaçayı (şalfey)yağı.

Masajı bu qaydada aparın:

Əlinizi alnınıza qoyub mərkəzdən, kənarlağa doğru hərəkət elətdirin.

Göz ətrafınızı yumşaq əl hərəkətləri ilə ovuşdurun.

Belə masaj hərəkətləri nəinki immuniteti gücləndirir, hətta qırışlarla mübarizədə də kömək edir.

Yatmamışdan öncə otlardan dəmlənmiş çay için. Tərkibinə süd qatılsa, daha yaxşı olar. Bal, qənd, şəkər tozu məsləhət deyil.

Yatağa uzananda bir-iki dəfə dərindən nəfəs alın.

Yuxunuz şirin olsun!
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 5 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri