Artıq özümdən də yoruldum... :(

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 157
Səs ver:
(səs: 1)
alt

Hər bir düyünü tək-tək həll etməyə çalışdıqca əllərimlə, yeni düyünlər meydana gəlir sanki, heç həll edilməyəcəkmişcəsinə..

Bu dəfə hər şey daha çətindir...


Əslində çətin olan nə sənsən nə də həyat. Çətin olan mənəm...


Artıq çətin gəlirəm özümə.. Yoruldum...


Bir daha düşsəm, qalxa bilməyəcəyimi hiss edirəm. Bəlkə uzadacaqsan əlini amma, bu dəfə mən tuta bilməyəcəyəm, bilirəm...


Gözümün bəbəyində, ürəyimin ən gizli yerindəsən sən. Heç kimə göstərmirəm səni, hətta bəzən özümdən belə gizləyirəm.

Ağılım sənsiz bilsin ürəyimi...

Yoxluğun içimi ağrıdır. Buna baxmayaraq qal istəyirəm, içimdə bir yerlərdə.


Sanki səni çıxarıb atsam, tamamilə itəcəkmiş kimi gəlir sənə dair nə varsa.


Sənə aid olan izlər silinib yox olacaqmış kimi, sənli sözlər yaza bilməyəcəkmiş kimi qələmim bir daha..


Hər tutunmaq istədiyimdə sənə, dibsiz quyulara çəkilir ruhum. Çıxmağa çalışarkən gücüm tükənir get-gedə. Bir gün əsaslı bitəcək, fərq edirəm..


Bütün mahnılarım, məhbus olub sənsizliyə, qışqırığa çevrilirlər içimdə. Ürəyimlə qışqırıram, sən eşitmirsən, sən bilmirsənBir zamanlar gecələrimi işıqlandıran gözlərin, indi qaranlığa çağırırlar məni. Bağlayıb gözlərimi, xülyalarımda tapıram səni. Açdığımda yenə gedirsən. Və mən yenə qaranlıqlara oyanıram.


Üşüyürəm...


Məni üşüdən nə ayazları qışın, nə də təkliyim. Yoxluğun üşüdür məni, bir tərəfdən yanarkən ürəyim..


Görə bilməzsəm gözlərini, heç işıqlanmayacaq günlərim.. Tuta bilməzsəm əllərini, heç istilənməyəcək ürəyim...

 

ADMINSTRATOR

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri