Beyin fikirləşəndə dil istrahət edər - Aforizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 760
Səs ver:
(səs: 6)
1.İnsan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir...
 
2.Fikirləşmədən oxumaq, çeynəmədən yemək kimidir...

3.Kitabsız insan həyatı boşdur. Kitab nəinki dostumuz,həm də daimi yoldaşımızdır. Kitabsız, mənim üçün, normal insan həyatı yoxdur...           

4.Yaxşı yazan müəlliflərin əsərlərini oxuyarkən, yaxşı danışmağa adət edirlər...

5.Bilməməkdən qorxma, səhv etməkdən qorx! Çünki bütün fəlakətlər ondan baş verir...
 
6.Gözlü o adamdır ki, özünü görə bilsin...

7.İrəli getmək üçün tez-tez geriyə dönün, yoxsa çıxdığınızı və haraya gedəcəyinizi unudarsınız...           

8.Huşiyar və fərasətli o adama deyərlər ki, başqalarının başına gələn hadisədən özü üçün ibrət dərsi götürsün...

9.Elmsiz iş şoran yerə səpilmiş toxum kimidir...

10.Ağıl ilə həya əkiz qardaşdır,birini itirsən, o birini tapa bilməzsən...

11.Hər şey cox olduqda ucuz olar, ancaq ağıldan başqa...

12.Beyin fikirləşəndə dil istrahət edər...

13.Ağıl tənbəl adama xoşbəxtlik gətirməz...

14.Ağıllı adamlardan başqa heç vaxt heç kəs ilə zarafat etməyin...

15.Qəlbinizi açmaq istədiyiniz adamı, bütün varlığı ilə tanımadan sirrinizi ona açmayın...

16.Heç kəslə ədəbsiz danışma ki, sən.
Axırda utanıb üzr istəyəsən...

17.Ən ağıllı filosoflar belə axmaq suallara cavab verməyə çətinlik çəkirlər...

18.Abu-həyat kimi sözüm həyat verər insanlara,
Arif olan feyz aparar, nadan isə dodaq büzər.           
Məsləksizə hikmət dərsi,nadanlara öyüd neylər,
Ulağın da qabağına gövhər töksən, mat-mat süzər...
 
19.Mədəniyyəti yüksəltmək, hər şeydən əvvəl, bədii ədəbiyyatı bilməkdir....

20.Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir...
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 3 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri