Kədərlənmənizə dəyməyəcək 7 şey

Müəllif: Wiyinka
Şərhlər: 12
Baxılıb: 3 687
Səs ver:
(səs: 3)
Həyata bir dəfə gəlirik.
Bu qiymətli zamanı niyə mənasız şeylərə kədərlənərək keçirək ki?
 Sizlərə belə mənasız şeylərə kədərlənməyin deyirik...

Biri qonaqlığa sizinlə eyni şeyi geyərək gəlibsə..
Bu vəziyyət cansıxıcı ola bilər, amma bunun əhvalınızı pozmasına icazə verməməlisiniz.
Çünki siz bu paltarı sizə yaraşdığı üçün seçmisiniz.
Biri mesajınıza dərhal cavab verməzsə...
Bu, uğruna kədərlənməyə dəyməyəcək şeylərdən biridir. İnsanların işləri var və bəzən bu işlər onların başqa şeyləri etməsinə maneə törədə bilir. Bunu özünüzə dərd etməyin.
Kompüter oyununda məğlub olmusunuzsa...
Oyunlarda məğlub olmaq həqiqətən də uğruna kədərlənməməniz lazım olan bir şeydir. Bunların yalnız oyun olduğunu unutmayın. İtirsəniz belə təkrar oynaya bilər və səhvlərinizi düzəldə bilərsiniz.
Ən sevdiyiniz silsilə serialın yayımının dayandırılıbsa...
İzlədiyiniz silsilə serialın yayımı dayandırılıdı deyə kədərlənmək nə qədər də axmaqlıqdı!
Televiziya üçün ayırdığınız vaxtı daha gərəkli bir işə sərf edin...
Bir görüşmədən sonra sizi axtarmırlarsa..
Əgər biri sizi görüşmədən sonra bir daha axtarmadısa bu onun itkisidir. Özünüzə güvənməyə davam edin və daha əhəmiyyətli şeylərə köklənin.
Başqalarının gözü qarşısında yıxılmısınızsa...
Belə bir şey sizi narahat etməməlidir. Hər kəs yerə yıxıla bilər və ya da bir yerə ilişə bilər.
Belə bir hadisə yaşadığınızda gülün, keçin.
Köhnə sevgilinizlə bir qonaqlıqda qarşılaşmısınızsa...
Belə bir şeyin sizi məyus etməsinə icazə verməməlisiniz.
Özünüzə güvənin, güclü və müstəqil biri olduğunuzu əylənməyə davam edərək ona nümayiş etdirin.

Həyat kədərlənməyə vaxt xərcləməyəcək qədər gözəldir!
Bunun dəyərini bilin!
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 3 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri