İnsan orqanizmində laboratoriya yaradılacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 850
Səs ver:
(səs: 2)
Harvard Universitetinin tədqiqatçıları xərçəng və infeksion xəstəliklərə qarşı immuniteti artıra bilən və hüceyrələri təkrar proqramlaşdıra biləcək inyeksiya yolu ilə yeridilən biomaterial yaradılıb.

Aylin Li tərkibində kvars çubuqları olan duzlu məhlulu şprisə yeridir. Bədənə yeridilən çubuqlar xərçəngdən tutmuş Ebola virusuna kimi bütün xəstəliklərlə mübarizə aparmaq üçün yeni müalicə metodunun əsasını təşkil edir. Harvardın biomühəndislik şöbəsinin professor Devid Muniyin dediyinə görə, insanın immun sistemi dünyada xəstəliyə qarşı ən güclü mübarizə vasitəsidir.

Ancaq bəzən orqanizmə olan təhlükələrə cavab verməsi üçün onu aktivləşdirməyə ehtiyac yaranır. Kvars çubuqları bu baxımdan işə yarıyır. Çubuqlar duzlu məhlulla toxumalarla təmas yaratdıqdan sonra bir-birilə toquşur və 3D struktur ərsəyə gətirir. Həmin üçölçülü struktur orqanizmdə demək olarki müvəqqəti labaratoriya formalaşdırır.

İlk öncə bu nano-laboratoriya "tələ" rolunu oynayır. Çubuqların üzərinə implantasiya olunmuş dərman molekullarını buraxmaqla immun hüceyrələrini özünə cəlb edir. Milyonlarla hüceyrənin "izdihamlı"şəkildə həmin struktura axışmasından sonra, bu nano-labratoriya onları yenidən proqramlaşdıraraq, bədəndə immune sistemini fəallaşdıran proteinlərlə təchiz edir. Hələ ki heyvanların üzərində aparılan sınaqların insan üzərində yoxlanılması mərhələsinə çatmasına xeyli vaxt lazım gəldiyi bildirilsə də, alimlər bu yeni metodun xərçəng və digər infeksiyon xəstəliklərin müalicəsində güclü silaha çevriləcəyinə ümid edir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 850
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri