Güllərin mənası nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 10 885
Səs ver:
(səs: 8)
Gül dəstəsi hədiyyə vermək qədim adət olsa da, bu gün də dəbdədir. Əsrlər boyu güllər hədiyyə etdiyin adama deyə bilmədiklərini ifadə edib. Amma tədricən onların mənaları unudulmağa başlayıb.

Gül mağazalarında ən çox alınanı qızılgüllərdir. Müştərilər daha çox qırmızı qızılgüllərə üstünlük verirlər. Demək olar ki, bu gül əsrlərin sınağından keçib. Ona qarşı maraq indiyə kimi itməyib. Bu güllərin 35 milyon il əvvəl də bitdiyi müəyyən olunub. Qızılgül gözəllik və sevgi rəmzi hesab olunur. Bu güllər rənginə görə fərqli məna verir. Hamıya məlum olduğu kimi qırmızı qızılgüllər "səni sevirəm" deməkdir, çəhrayılar isə hədiyyə etdiyin insana qarşı incə hisslərin varlığını göstərir. Qırmızı ilə ağ qızılgüllərin vəhdətindən ibarət gül dəstələri birlik, sarılar sevinc mənasını verir. Lakin qızılgüllərdən fərqli olaraq digər sarı güllər xəyanətə işarədir. Qara qızılgüllər isə bitməz kədərdir.

Qırmızı dağ laləsi də "səni sevirəm" mənasını verir. Məşhur güllərdən olan zanbaq isə təmiz sevgiyə xoşbəxtliyə, harmoniyaya işarə edir. Qırmızı zanbaq sevgi etirafıdırsa, sarılar münasibətə görə sevinmək deməkdir. Bundan başqa orxideyalar da sevgiyə işarədir.

Süsən, çəhrayı qərənfil kimi gülləri isə dostlara, tanışlara hədiyyə vermək lazımdır. Belə ki, bu güllər dostluq, etimad mənalarını verir. Papatya, yonca kimi bitkilər isə gənclik rəmzidir. Papatyadan gül dəstəsini hədiyyə etməklə həmin adama qarşı zərif hisslərinin olduğunu etiraf edirsən. Yaddaşçiçəyi, xrizantema, zanbaq kimi güllər sadiqlik rəmzidir. Ötənləri geri qaytarmaq niyyəti ilə isə adətən akasiya, yasəmən, lavandanın hədiyyə olunur.

Nərgiz gülü özünə aludə olmaq mənasının verir və eyni zamanda günəş, işıq və yaz rəmzidir. Nərgiz güllərindən hədiyyə "Sənin yanında olmaq məni xoşbəxt edir" deməkdir. Mimoza isə utancaqlıq və həssaslığa işarədir. Bəzən mimoza sizə qarşı olan gizli hisslərdən də danışa bilər. Sirli sevgi haqqında bənövşə də xəbər verir. Qardeniya gülünü hədiyyə etdikdə isə adətən həmin adama layiq olmadığını boynuna alırsan.

Hədiyyə olunan gül dəstəsi hisslərin soyumasına da işarə ola bilər. Bəzi gül dəstələri ayrılığın gözlənildiyindən xəbər verir. Bu, əsasən, sarı rəngdə olan gül dəstələrinə aiddir. Bununla yanaşı, sarı uğur və günəş rəngidir. Belə gülləri incəsənət adamlarına hədiyyə edirlər. Sevgiliyə hədiyyə isə ayrılıqdan danışır. Sarı xrizantema, qızılgül qısqanclıq, ayrılıq, deməkdir. Bundan xəbəri olanları belə hədiyyə sarsıda bilər.

Çəhrayı güllər insana qarşı yaxşı münasibətdən danışır. Belə gülləri kişiyə və qadına hədiyyə etmək olar. Qırmızı rəngli güllər isə yalnız çox sevdiyin insanlara hədiyyə verilə bilər. Bu, həm sevgili, həm də qohum və ya dost ola bilər. Tünd qırmızı qızılgül ehtiras mənasını verir. Təmizlik rəmzi hesab olunan ağ rəng toy və mərasimlər üçün idealdır. Bənövşəyi və göy güllərdən hədiyyə isə "siz gözəl və kübarsız" mənasını verir".

Güllərin sayına görə mənalarının çoxu unudulub. Hər şey zaman keçdikcə dəyişir, lakin güllər bu gün də xanımların sevimli hədiyyələri olaraq qalır. İndi artıq güllər sms, mms və elektron poçt vasitəsilə ilə də hədiyyə olunur.
(səs: 8)
Şərhlər: 14
Baxılıb: 10 885
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri