Həqiqət və yalan haqqında - Aforizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 51 062
Səs ver:
(səs: 22)
1.Doğruluğu adət etmiş adam təşviş və qorxudan həmişə arxayın olar...

2.Yalan danışmaq - öz mənliyindən əl çəkmək deməkdir...

3.Həqiqətin qarşısını heç bir sədd kəsə bilməz...

4.Yalan zəiflərin daldalanacaq yeri və sığınacağıdır..

5.Fəlakət yalançılıqda olduğu kimi,nicat da doğruçuluqdadır...

6.Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir...

7.İnsan yalana ülfət etdikdə, ağıl və istedad onu tərk edir...

8.Həqiqəti yalandan ayırmaqda gülüş tez-tez böyük vasitəçi olur...

9.Həqiqət həmişə sakit və təvazökardır...

10.Öz dilinə nəzarət edə bilməyən doğruçu ola bilməz...

11.Azadlığı və həqiqəti sevməyən güclü adam ola bilər, lakn heç vaxt böyük adam ola bilməz...
 
12.Yalan _ mənəviyyatca zəif adamlara və başqasının şirəsi ilə yaşayanlara lazımdır...
 
13.Həqiqətin heç bir bəzəyə ehtiyacı yoxdur...
 
14.Həqiqəti hər kim inkar edirsə, özü ziyan çəkir...
 
15.Vaxt qiymətlidirsə, həqiqət ondan da qiymətlidir...
 
16.Həqiqətin alovu onu aparanın əlini tez-tez yandırır...
 
17.Həqiqət hakimi ürək yox, ağıldır...
 
18.Dünyada ən gözəl nemətlərdən biri doğruçuluqdur...
 
19.Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanının üstünü örtsün...
 
20.Yağ suyun üzünə çıxdığı kimi, həqiqət də həmişə yalandan yüksəkdə durur...
(səs: 22)
Şərhlər: 15
Baxılıb: 51 062
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri