"Təşəkkür etmək” haqqında (2-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 054
Səs ver:
(səs: 3)
"Təşəkkür etmək” dinimizdə.

Təşəkkür etmək-  edilən yaxşılığın idrakı içində olduğumuzu yaxşılıq edənə göstərmək, məmnuniyyətimizi ifadə etməkdir. Dilimizdə, insanlardan gələn yaxşılığa qarşı göstərilən şükrü, təşəkkür sözüylə ifadə edirik. "Şükr" sözünü isə, eynilə "həmd" kimi Allah üçün istifadə edirik.

Dinimiz, yalnız Allahdan gələn nemətlərin şükrünün ədasına qiymət verməz, insanların etdiyi yaxşılıqlara qarşı təşəkkür etməyi də bir borc hesab edər, buna da o birisi qədər qiymət verər. Həmd, qulluq borcu isə, təşəkkür də insanlıq borcudur. İslam dini mənsublarına Allaha həmd etməyi əmr etdiyi kimi, yaxşılıq edən insanlara da təşəkkür etməyi əmr etmişdir.

Bu hissədə təşəkkürün lazımlılıq və ədəbiylə əlaqədar hədislərdən bəzilərini təqdim edirik.

1. Üsamə İbnu Zeyd (r.a) izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki:

"Kim, özünə edilən bir yaxşılığa qarşı, bunu edənə: "Cezakellahu heyran (Allah sənə xeyirli mükafaat versin!)" deyərsə təşəkkürü ən mükəmməl şəkildə etmiş olar." [Tirmizi, Birr 86, (2036).]

ŞƏRH:
Əslində yaxşılığa yaxşılıqla, eyni cinsdən əməllə cavab vermək əsasdır. Lakin hər yaxşılığa anında eyni cinsdən əməllə cavab vermək mümkün olmaz, bu məsələdə insanoğlu acizdir. Elə isə təşəkkürümüzü sözlə ifadə etməmiz lazımdır. Bəziləri: "Mükafaat verməkdən əlin qısa qalsa, dua və təşəkkürdə dilini uzun tut" demişdir.

Bu hədisdə Rəsulullah (əleyhissalatu vəssalam), edilən yaxşılığa qarşı, anında ediləcək ən mükəmməl şifahi cavabın yaxşılıq edənə: "Sənin bu yaxşılığın, mənim nəzərimdə o qədər qiymətlidir ki, qarşılığını şəxsən verməkdən acizəm, onu ancaq Allah verə bilər dünyada və ya axirətdə, mənə əvəz O, sizi mükafaatlandırsın" mənasında olmaq üzrə "Cezakellahu heyran" demək olduğunu ifadə edir.

2. Hz. Cabir (r.a) izah edir: "Rəsulullah (əleyhissalatu vəssalam): "Kim bir lütfkarlıq görsə, tapdığı təqdirdə qarşılığını dərhal versin, tapa bilməzsə, verənə tərif etsin. Çünki onu tərifləməklə, təşəkkürünü yerinə yetirmiş olar. Cavab verməyən nankorluq etmiş olar" dedi.

Tirmizinin rəvayətində "... Kim də özünə verilməyənlə bəzənsə iki yalan paltarı geyən kimi olar." bildirilir. [Tirmizi, Birr 86, (2035); Əbu Davud, Ədəb 12, (4813, 4814).]

ŞƏRH:
Bu hədisdə Rəsulullah (əleyhissalatu vəssalam) edilən yaxşılığa, eyni cins bir yaxşılıqla cavabın əsas olduğunu ifadə edir. Çünki "lütfkarlıq" deyə tərcümə etdiyimiz sözün əsli "maddi hədiyyə” deməkdir. Yaxşılığa yaxşılıqla anında cavab verilə bilmirsə, tərif edilməlidir, yəni tərif sözlə, məmnuniyyətimizi ifadə edici, yaxşılıq edəni məmnun edici bir ifadəylə olmalıdır. Bu ona təşəkkür etmək və ya dua etmək surətiylə reallaşar. Lakin nə hərəkətlə, nə də sözlə cavab verməyən nankorluq etmiş olar."

3. Əbu Səid (r.a)dan gələn bir rəvayətdə, Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurmuşdur: "Halqa təşəkkürdə olmayan Allaha da şükr etməz." [Tirmizi, Birr 35, 1955); Əbu Davud, Ədəb 12, (4811).]

ŞƏRH:
İslamın insanlara olan təşəkkür borcunun ödənməsinə verdiyi əhəmiyyəti göstərəcək bundan daha yığcam ifadə ola bilməz. Çünki burada, insana təşəkkür etmək, Allaha həmd etməyə bərabər tutulmaqdadır.

1- Rəsulullahın belə hökm etməsinin səbəbi budur: Qul, Allaha olan şükrünü, Allaha itaət və əmrlərini ifa ilə əksiksiz olaraq yerinə gətirə bilər. Allahın əmrlərindən biri də, Allahın nemətlərinin özünə çatmasında vasitələr vəziyyətində olan insanlara təşəkkür etmək olunca, bu əmrə uymayan, Allahın özünə olan nemətlərinin şükrünü ödəməmiş olar.

2- Təbiətində, insanlardan gələn yaxşılıqlara qarşı nankorluq və təşəkkür etməyə qiymət verməmək olan bir kimsə, nemətləri səbəbiylə Allaha şükrü tərk etməyi  adət  edər.

Elə isə təşəkkürlə yaxından bağlı olan şükrü, Cənab-ı Haqq, tək başına qəbul etməyəcək.

4. Hz. Ənəs (r.a) izah edir: "Muharcirler hicrətlə Mədinəyə gəlib ənsarın köməklərini gördükləri vaxt belə dedilər:

"- Ey Allahın Rəsulu! Biz, çox maldan beləsinə comərdcə verən, az maldan da köməyi  əsirgəməyən bu Mədinəlilərdən başqa bir qövmü heç görmədik! Bizim əvəzimizdə işlərimizi etdilər, həyatımızı nizama qoymaqda köməkçi oldular. Biz (hicrət və ibadətlərimizlə qazandığımız) savabların hamısını onlar alacaq deyə qorxuruq!"

Rəsulullah (əleyhissalatu vəssalam) onlara bu cavabı verdi:

"- Xeyr! Onlar sizin dua və təşəkkürlərinizdən hasil olan savabı alacaqlar." [Tirmizi, Qiyamət 45, (2489); Əbu Davud, Ədəb 12, (4812).]

ŞƏRH:
Təşəkkürün əhəmiyyətini ifadə edən ən əsas məqam hədisin son qismi, Rəsulullah (əleyhissalatu vesselam)ın, narahatlığa düşən mühacirləri təsəlli etmək üçün bəyan etdiyi həqiqətdir:

"Sizə kömək edən ənsarın o böyük köməklərinə, sizin təşəkkür və dualarınızdan hasil olan savab çatacaq. Digər xeyirli işlərinizin, ibadətlərinizin savabı sizə qalacaq."

Bu cavabda Rəsulullah (əleyhissalatu vəssalam), edilən yaxşılıqlar müqabilində, edilən dua və təşəkkürlərin əhəmiyyətini də ifadə etmişdir.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri