Müraciət formaları da dəyişib, eramızdan əvvəldən tutmuş 2000-ci ilə kimi az, sudan gələn sürməli qız, dağlar gözəli kimi müraciətlərə rast gəlinirdisə, indi bunu xanım, canım, kimi sözlər əvəzləyib ( quzu kimi bəzi sözlər öz varlığını saxlayıb), amma yenə eyni şeydi, alətlər dəyişsə də məqsəd eynidir, yəni qız tutmaq. Keçmişdə başqa eldə, dağda, daşda, qayada, meşədə qız tutmaq olmurdu, çünki oraların öz meşəbəyləri vardı. Bu gün bu özünü müasir şəkildə göstərir, məhlədə qız tutmaq hər adamın əlindən gəlmir, gənclər arasında belə deyim də var: “duxun var məhlədə qıza yaxınlaş”. Keçmişdə qızı ticarət yollarında xına alarkən tuturdularsa, bu gün metronun çıxışındakı keçidlərdə parfumeriya məhsulları alarkən tuturlar, məqsəd eyni şeydir. Təkamül bu gün də gedir. Baksell keçən il sms randevu adlanan anonim tanışlıq xidməti açdı. Bunu yaxşıca reklam etdilər, metroya girənə də çıxana da verirdilər. Azərsell də analoji addım atdı, məqsəd gənclərin qız tutma əməliyyatına yardım əlini əsirgəməməkdir. Digər sahələrdən fərqli olaraq qız tutmaq sahəsi görünməmiş sürətlə inkişaf edir. Baksell, Azərsellə yanaşı bu qədim adət, ənənənin qorunub yaşanması və gələcək nəsillərə çatdırılması üçün wap saytlar da gərgin iş rejmində (24 saat) işləyir. Bu kimi saytlarda çoxlu məsləhət verən yazılar var, qız seçimi virtual formada həyata keçirilir.
Bu gün hər qız tutan əlində bir kitab da tutsaydı, bu gündə olmazdıq, internet klublarda söyüş söyənlərin əlindən bilmirsən neynəyəsən, marşrutda laxşək laxşək söhbətləri eşitməzdik, metrodakı bluetooth əməliyyatları da olmazdı. Burda qız tutanlar ən hörmətli, bacarıqlı, nitq qabiliyyəti yüksək olan natiqlər kimi ( Demosfen bunların yanında uşağdı) digər gənclər arasında yüksək hörmətə, izzətə malikdirlər. Bu gün hər qız tutan əlində bir avtomat tutsaydı, başqa xalqların yanında başı aşağı olmazdıq.