Yuxularımız haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 384
Səs ver:
(səs: 3)
*Görülən yuxunu yaxşı yadda saxlamaq üçün həftədə bir dəfə yastığın yerini dəyişmək lazımdır, yəni 7 gündən bir ayaq tərəfdən qoyub, yatın;
*səhərə yaxın görülən yuxular daha ciddi, doğru yozulan və çin çıxan yuxulardır.
*bir dəfə gördüyünüz və yaxşı yadda qalmayan yuxulara o qədərdə ciddi yanaşmayın.daha çox 3 dəfə təkrarlanan yuxulara diqqət yetirin.
*axşam saat 8-dən 12-yə kimi görülən yuxular çox uzun vaxt keçəndən sonra çin çıxa bilər.Gecə 12-dən 3-ə kimi görülən yuxular 3 ay müddətində gerçəkləşir.Saat 3-dən səhərə kimi olan (dan yeri sökülənə qədər) yuxular daha tez müddətə və dəqiq həyata keçir.

AYIN TARİXİNƏ GÖRƏ YUXULARIN ÇİN ÇIXMASI.
1-bu gün xeyirli yozumu olan yuxular görülür.
2-boş və əhəmiyyətsiz yuxudur
3-tez həyata keçəcək
4-o qədər də yaxşı yozumu yoxdur
5-yaxşı və xeyirə yozulan yuxudur
6-çin olacaq,lakin tezliklə yox
7-xosbəxtlik yuxusudur, yad adamlara danışmayın
8-arzularınızın yerinə yetəcəyi yuxudur
9-həyata keçən və uğur vəd edən yuxudur
10-həyata keçəcək, lakin o qədərdə uğurlu deyil
11-11 gün ərzində çin çıxa bilər
12-tez reallaşan və xeyir vəd edən yuxudur
13-mənfi hislərdən xəbər verir
14- uğursuz və əhəmiyətsiz yuxudur
15-çox tez çin olacaq və xeyirliyədir
16-çin çixmayacaq və heç bir məna kəsb etmir
17-uğur vəd edən bu yuxu 20 günə reallaşacaq
18-yenilik və mənfəət vəd edən yuxudur
19-ailə və qohumlar arasında söz-söhbət olacaq
20-cox tez reallaşacaq
21-11 günə sizə sevimli xəbər gətirəcək yuxudur
22-gözlənilməz hadisələr barədə xəbərdaredici yuxudur
23-çox tez çin olub, maraqlı hadisələr vəd edir
24-sevinc və şad xəbər gətirən yuxudur
25-yalan və aldadıcı yuxudur
26-qayğı və həzz bəxş edən yuxudur
27-mənasız, rəngsiz və əhəmiyyətsiz yuxudur
28-çətinliklərdən xəbər verən yuxu 30 günə reallaşacaq
29-çin olmayacaq
30-ola bilsin çin çixacaq, ola bilsin yox
31-məhəbbət və sevgi aləmində qələbə və uğur vəd edir

SAATA GÖRƏ YUXUGÖRMƏLƏR
*gecə 00-01 arası-yuxunun çinçıxma ehtimali çox boyukdur.Gərək yuxunu düz yoza biləsən
*gecə 01-02 yuxunuz qorxuludursa və narahat yatmısınızsa, onda yuxu reallaşmayacaq
*gecə 02-03 arası-xəbərvərici yuxudur.Yuxuda yaxınlarınızı, valideyinlərinizi görmüsünüzsə, deməli, onların sizin köməyinizə ehtiyacları var.Yox, əgər onlar dünyalarını dəyişiblərsə, onda onların məzarını ziyarət etməlisiniz.
*gecə03-04 arası-adətən, bu saatlarda "peyğəmbərlik" yuxuları görülür.Yozumunu tapmaq elədə çətin deyil.Yuxunu yozun və çin çıxmasını gözləyin
*səhərəyaxın 05-06-da- həyatı məsələ və çətinliklərinizin həlli ilə bağlı qiymətli informasiya və çıxış yolu tapa bilərsiniz.Yuxuda gördüklərinizi yadda saxlamağa çalışın.
*səhər 06-07-də: yüngül və o qədər də əhəmiyətli yuxular deyil.
*saat 07-08-də: bu saatda görülən yuxular demək olar ki, çin çıxmayacaq.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 4 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri