Kədər,həsrət,əzab nədir bilirik. Buyur,Sevginin notlarını sən kəşf et...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 937
Səs ver:
(səs: 0)

alt

 

Kədər...başa düşürsən ki vaxtdır...amma heç nə edə bilmirsən.

Kədər...ona toxunmaq istəyi o qədər güclüdür ki...

...amma başa düşürsən ki olmaz.

Kədər...o sənə o qədər dərd və əzab verir ki...

...amma başa düşürsən ki istəmədən edir bunu.

Kədər...sakitlik və tənhalıq...

...yalnız sənin haqda düşüncələr.

Kədər...arzuların çoxdur...

...amma gələcəyi yoxdur

Kədər...hamı deyir ki, hər şey yaxşı olacaq...

...amma sən bilirsən ki bunlar yalnız sözlərdir.

Kədər...tək qalmaq istəmirsən...

...amma bölüşmək istədiyin kimsə yoxdur.

Kədər...sən elə tək qalmaq istəyirsən ki...

...amma buna imkan vermirlər.

Kədər...mənim yol yoldaşım!


alt



Həsrət...sakitlik istəyirsən,təkcə onu xatırlamaq üçün

Həsrət...dincəlmək istəyirsən,onunla olan fikirlərinə aydınlıq gətirmək üçün.

Həsrət...hər şeyi başa düşürsən,amma heç nə edə bilmirsəm.

Həsrət...hələ bilmirsən ki,bu nə qədər davam edəcək

Həsrət...önu tanımayanlar sənə ondan danışır.

Həsrət...mənim tənhalıq sirdaşım!


alt



Əzab...başa düşürsən ki,öz səhvlərində özün günahkarsan

Əzab...başa düşürsən ki,heç nəyi düzəltmək mümkün deyil

Əzab...artıq nəyisə dəyişməyə gücün də qalmayıb

Əzab...başa düşürsən ki,sənə əziz olan və dəyərli olanı itirirsən
Əzab...duyğuların müdrikliyi!

 

alt



Sevgi...elə bilirsən onun haqda yazmaq asandır?

Hər zaman ilk ahdan,ilk baxışdan,ilk notlardan...həmişə.

Bax bu qədər asan,əslində isə necə də əlçatmaz.

Sevgi...buyur sən yaz...


(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri