Onu bağışlamaq olarmı?

Müəllif: Sabrina
Şərhlər: 17
Baxılıb: 1048
Paylaş:
Səs ver:
(səs: 6)
Hər bir insanın tərbiyəsindən, şəxsi keyfiyyətlərindən asılı olaraq dünyaya baxışı formalaşır.

İnsanlar arasında münaqişələr, incikliklər yaranır. İnsan kimdənsə inciyir və daxilində qəzəb hissi oyanır. İnciklik – gizlədilmiş qəzəb deməkdir.

Hər birimiz nə vaxtsa kiminsə tərəfindən incidilmişik, pis rəftara məruz qalmışıq. Hər birimiz də kiminsə xətrinə dəymişik, hansısa xoşagəlməz söz və ya hərəkət ilə kimisə narahat etmişik, qəzəbləndirmişik. Elə olub ki , kiminləsə istəmədən pis rəftar edirik və sonra vicdan əzabı çəkirik. Düzdür, bu hissləri hər kəsə aid etmək olmaz.

Adətən qəlbimizi yaxın, dəyər verdiyimiz insanlar yaralayır. Yaxın adam xətrimizə dəyəndə, sanki dünyamız məhv olur. Özümüzə söz veririk ki, onu heç vaxt bağışlamarıq.

Lakin nəzərə almalıyıq ki, bağışlamaq bacarığı çox vacıbdir. Bağışlamağı bacaran insan gözəl, təmiz daxili aləmə malikdir.

Əlbəttə bağışlamaq çox çətindir. Hər birimiz bilirik ki, bu ağır bir yükdür. Həqiqətən, mənfi fikirlər insanın əhval-ruhiyyəsinə təsir göstərir, ürəyimizdə qalan incikliklər bir çox problemlər yaradır. Başqa insanlarla ünsiyyətdən, ailədən, işdən yayındırır. Biz qəzəbin tələsinə düşürük. Həmin anlarda ətrafımızdakı heç bir günahı olmayan yaxınlarla belə aqressiv, kobud davranırıq. Bu hissdən elə də asanlıqla azad ola bilmirik. Lakin təcrübələr göstərir ki, bu hissdən xilas olmaq insanın sağlamlığına və ümumiyyətlə, həyatına müsbət təsir göstərir.

Bağışlamağı bacarmayan insan mənfi emosiyalarla dolu olur. Nəticədə insan hər cür xəstəliklərlə üzləşir. Xəstəliklərin yaranmasına stress səbəb olur. İnsanın beyni stress hormonları olan kortizol və adrenalini artıq dozada yaratmaq üçün endokrin sisteminə siqnal göndərir. Bunun nəticəsində əzələ gərginliyi yaranır və qan təzyiqi artır. Ürək döyüntülərinə və ümumiyyətlə, immun sisteminin zəifləməsinə səbəb olur.

Bağışlamağı necə öyrənək? İlk növbədə incikliyin, narazılığın səbəbini aydınlaşdırmaq lazımdır. Elə olur ki, insan özü üçün araşdıranda incikliyin səbəbinin o qədər də mühüm olmadığını anlayır.

"Onu heç vaxt bağışlamaram” deməkdən öncə özünüzü həmin adamın yerinə qoyun və onu anlamağa cəhd göstərin. Qeyd etdiyim kimi, elə anlar olar bilər ki, özünüz də istəmədən kiminsə xətrinə dəyə bilərsiz. İnsan ilk növbədə ona dəyən zərərə görə narahat olur. Bu məqamda kədərləndirən hadisənin təsadüfən və ya qəsdən baş verməsi onu maraqlandırmır. Bəzi insanlar öz inciklik hisslərinə qalib gələ bilmirlər və buna fərqli yanaşırlar. Bəziləri həqiqətən məyus olur, özlərini günahkar hiss edirlər, bəzilərisə qisas planı hazırlayırlar.

Bağışlamağı öyrənmək elə də çətin deyil. Lakin bağışlamağı istəmək, buna qarşı addım atmaq çətindir. Həmin an, həmin o incidiyimiz gün bağışlamaq vacib deyil. Bu nəinki çətindir, bəzən heç mümkün deyil. Əlbəttə bir az zaman lazımdır. Çünki həmin an insan həm qəzəbli olur, həm acı cəkir. Nə qədər vaxtın lazım olduğunu demək çətindir, çünki bu bir çox amillərdən asılıdır: sizin xətrinizə deyən insanla münasibətdən, incikliyin ciddiliyindən və s.

Bağışlayanda ürəkdən bağışlamaq lazımdır. Çünki əks halda incidiyin insana süni gülmək və ya istəmədən, özünü məcbur edərək onunla danışmaq insanı daxildən narahat edir.

Bağışlamaq o demək deyil ki, olanları unuduruq və ya unutmalıyıq. Bağışlamaq həm də bağışladığımız insanın öz davranışını dəyişəcəyinə zəmanət vermir. Bağışlamaqla siz daxilinizdə olan qəzəb, inciklik və ağrıdan özünüzü azad edirsiz.

İnsan gördüyü işi, etdiyi hərəkəti təhlil etməlidir. Nəyi pis, nəyi yaxşı etdiyini araşdırmalıdır. Pis hesab etdiklərini düzəltməyə çalışmalıdır. İnsan öz fikirlərinə, öz hərəkətlərinə, istifadə etdiyi kəlmələrə diqqət yetirsə, əlbəttə ki, özündə müsbət keyfiyyətləri formalaşdıraraq həm özünün, həm də ətrafdakıların hörmətini qazanar.

loading...
(səs: 6)
Şərhlər: 17
Baxılıb: 1048
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
mende cox vaxt kimlerse terfinden incidilmisem bagisladim desemde o sey omur boyu icimdedi unutmaram hec vaxt bagislamaq yaxsi seydi ama ki urekden gele uzde deyib icin icini yemeye sexsen men eleyem bagisladim deyib icimi yeyirem.tesekkurler
28 aprel 2015 02:08
17
Offline
leyla_258
oxumadim,ama mence meseleyi bilmeden danismaq olmaz.

ama men ne olursa olsun onu bagislardim.
27 aprel 2015 16:54
16
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
gfidaska
Insan gerek Rebbimin böyüklüyüne inansin, bir gün, gec tez cezasını çekdirecek... Biz bağışlasaq ya bağıslamasaq ne olacaq?!
26 aprel 2015 19:32
15
Offline
BARBI
Uca rebbim her kesi bagislayandir bes biz bendeler niye bagislamayaq . Her zaman bagislamagi bacarmisam ki boyukluk mende qalsin
26 aprel 2015 19:05
14
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
aliceWOnDer
kinli deyilem, amma unutmuram.. mene qarsi 2-ci defe sehv edilse day tesevvur etmirem
26 aprel 2015 17:44
13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Narın Yağış
Onu heç vaxt bağışlamaram” deməkdən öncə özünüzü həmin adamın yerinə qoyun və onu anlamağa cəhd göstərin.

Men hecvaxt ele olmuyacam axi) adam 1 defe sehv eliyer soz agzinnan cixar 2 defe sehv eliyer tay bu qeder sehv olar??) yox bagiwladim sozu yoxdu menim lugetimde )
26 aprel 2015 13:58
12
Mən istəyirəm bizə baxan insan desinlər ki:
- Ola bilməz bunlar hələ də, bir yerdədirlər?heart

Offline
vipbetul
cox tessufki kinli biri olduqumdan baqishlamaqi bacarmiram,mene gore insan sehf etmemelidiki sonradan uzrde isdemesin
26 aprel 2015 13:34
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
tatyana
bagislamagi bacaran insanam ve allahima cox minnetdaramki mene o hissi verib,Allah boyukdur ve o bagisliyandir,bizi yaradan bizi bagislayirsa biz ne haqqla bagislaya bilmerem deyerikki?Bagislamagi bacaran insanlara boyuk hormetim var menim
26 aprel 2015 13:31
10
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
Rusi
heqiqetende qelbime deyibse bagiwlamag biraz cetin olacag

heqiqetende qelbime deyibse bagiwlamag biraz cetin olacag

heqiqetende qelbime deyibse bagiwlamag biraz cetin olacag
26 aprel 2015 13:10
9
Offline
Nezka
Məni kimsə incitdikdə həmişə içimə atıram. Atıram,atıram hər şeyi içimə amma özümü atmağa yer tapa bilmirəm . Məndən küsənləri isə tez bağışladıram. İstəmirəm heç kimi qırmaq amma özüm paramparçayam
26 aprel 2015 12:58
8
İçimi görsən mənə aptek alarsan.
Offline
tek umidim sen
Her kes ikinci bir sansa layiqdir, men bagislamagi bacariram,hem de tez...Tebiiki heqiqeten pesmandisa....
26 aprel 2015 12:55
7
Ne mutlu TÜRK'üm diyene!...
Offline
aziz a
Men bagislayaram qetiyyen kinli deyilem, bilmirem bu menim hansi xususiyyetimden ireli gelir?amma beledi mende...
26 aprel 2015 12:54
6
Böyük Rebbim sen özün kömek ol hamıya....
Offline
WiRiN BaLaM
qarsi teref sehvini basa dusmurse o insan ucun mubarizeye sebeb yoxdur ,,, gunah 2 terefli olur 1 neferde gunah gormek duzgun deyil
26 aprel 2015 12:50
5
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Meleknur
Men bagiwlamiwam cox sediyim ucun
26 aprel 2015 12:39
4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Fialka
Bağışlamaq baxır qarşındakı insanın etdiyi hərəkətə , burda xarakterlərdə fərqlidi , insan var həqiqətən ürəkdən bağışlayır, insanda var bağışlamaq adı altında kin, nifrət bəsliyir bu da təbii ki, həmin insanın rahat yaşamasına maneəçilik törədir. Bir fərd olaraq əlbəttə ki, bağışlamayacağım hərəkətlərdə var , bəzilərindən fərqli olaraq nifrət hissi yoxdu sadəcə laqeydlik yaranır sanki o insan yox olmuş kimi olur buda qəsdən yox öz özlüyündən yaranır , düşünürəm ki, nifrətdən daha acıdı laqeyd olmaq kiməsə qarşı, bəlkədə bu da hardasa bağışlamaqdır bilmirəm ancaq hər bir bəndəni bağışlayan uca Allah var biz bəndələr nə karəçiyik, Allah bağışlasın günahları amin.
26 aprel 2015 12:23
3
Offline
Tomris Müslümova
yox men urekden bagislamiram hecvaxtda kecmisi silmirem unuda bilmirem ama bi defe sans vermisem oda bunu deyerlendirib,ve deyisib
26 aprel 2015 12:18
2

Sən sadəcə mənimsən...!
Offline
Nur k-off
her kes duwunerek addim atmalidir sonraki sonra pewman olmasin
26 aprel 2015 12:04
1
SVETA

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook