İndi sən de bu hallar nə qədər düzgündür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 339
Səs ver:
(səs: 11)
Sual
Bu gün ətrafımıza baxsaq dəyişən və cılızlaşan cəmiyyət görməyə başlayırıq buna təsir üdən xüsusi ilədə TV proqramlarıdır. Bu haqda gəlin biraz söhbət edək

Məslən
Məktəb uşaqlarının efirə çıxarılması, skandal yaradılması, onların ulduz olduqlarına inandırılması! Başlıca problem budur.

Niyə bu layihəyə məktəb uşaqlarını qəbul edirlər ki, axı bu uşaq 4 ay boyunca hər həftə oxuyacağı musiqiyə hazırlaşmalıdır. Hər gün məşqlərə qatılmalı, rəqslər və ya geyim təşkil etməlidir. Bəs bu məktəbli nə vaxt dərsini oxusun? Əlbətdə o dərs oxumayacaq. Vaxtını, zamanını bu yarışa sərf edəcək. O zaman Məktəblinin günahı nədir ki, bu layihə şərtlərinə görə o dərs oxuya bilmir. Ulduzluq sindromu onu təhsildən uzaqlaşdırır.

Qoy bu layihəni incəsənət universitetinin uşaqları üçün etsinlər və ya məktəbdə oxumayan istedadlı uşaqlar üçün etsinlər. Niyə bu məktənliləri təhsil almaqdan məhrum edək. Niyə onları 15-16 yaşlarından təhsildən aralanıb özlərini ulduz saymaları üçün inandıraq???

Yalnız Azərbaycanda "filankəs insafla rüşvət alır..." ifadəsi işlənir... Bilirəm ki, bu cümləni oxuyan hər kəsin simasında xoş bir təbəssüm yaranır! Gülməli səslənir, elə deyilmi? "Filankəs insafla rüşvət alır..."
Bu ifadənin yaranması və hətta geniş miqyasda yayıla bilməsi üçün "insafla rüşvət alan filankəsin"in yerində ondan əvvəlki insan ya hədsiz qeyri-insani davranışlarıyla seçilibmiş, ya da başqa obyektdə eyni səlahiyyətlərə malik olan başqa filankəs daha acınacaqlı variantlara əl atırmış...
Həqiqətən də acınacaqlıdır, görün nəyə sevinirik: Filankəsin rüşvəti "insafla" almasına... Rüşvətin də "insaf" meyarı olurmuş...

Digər bir ünsür, evlilik verlişləri. "Toy olsun" və "Onun yarısı"... İlk baxışdan düçünürsən ki, savab işlə məşğuldurlar... amma kaşke niyyət bu olsa... reyting naminə hazırlanmış bu layihəə düşünmürəm o qədərdə cəmiyyət üçün faydalıdır.

Ailə qurmaq OOOOObbbaa deyərək arxı oppanmaq kimi deyil. İki insanın bir ömür boyu xoşbəxt yaşaması üçün bir ocaq altında birləşməsidir.

Efirə çıxan bu gənclər bu gün cəmiyyətin önündə, cəmiyyətin dəstəyi ilə ailə qurur amma bunlar bir gün ailədə yaşanacaq pis hadisələrdə cəmiyyəti yanlarında görməyəcək. Milyonların önündə GAZA gəlib evlənmək olar amma boşananda kimsə yanında olmayacaq.

Düşünün hər bir ailədə kiçikdə olsa problemlər olur. Hələ bir də bu tip ailədə problem  olsa, qız oğlana, oğlanda qıza deyəcəyi söz budur, səni alan yox idi (sənə ərə gələn yox idi) deyə getdin çıxdın verlişə... və ilk başa vurmalarda burdan başlayacaq. Çünki bir zəngə efirə dəvət edib səninlə çay içmək istəyirəm deyib qurulan ailə heç də uğurlu atılmış addım deyil.

Odur ki, niyə öz adət ənənəmizə sadıq olan bir xalq olaraq, normal şəkildə qurulan ailələrə bu şəkildə yenilik gətirib yeni ailə pozuntularını yaradırıq?

Yalnız Azərbaycanda avtomobil idarə edən bir şəxs küçədə tanışını görəndə dərhal avtomobilini onun üzərinə sürə bilər! Bununla da nə qədər zarafatcıl, nə qədər original fikirli, nə qədər səmimi insan olduğunu sübut etməyə çalışacaq! Belə hallarda sürən şəxsin hələ bir avtomobildən düşdükdən sonra "qorxdumuəəəə???" deməsi də mümkündür...
Bu cür reaksiya Azərbaycanda bəlkə də 100 ildir dəyişilmir! Əminəm ki, ulu babalarımız da bayırda bir tanışını görəndə atlarını, eşşəklərini həmin tanışın üzərində sürüblər!

İndi isə siz deyin bu nə qədər düzgündür

Bu gün ölkəmizdə ən çox istifadə olunan slogan:

Qızlar: "İndi heç bir oğlana inanmaq olmaz"

Oğlanlar: "indi qızlara inanmaq çətindir"

Nədir bu inamsızlıq hə??? Burda kimin Günahı nədir?  Nədir bu inamsızlıq? kim kimə nə edib? SİZ KİMƏ NƏ ETMİSİNİZ???

Mənim fikrimcə problem hər kəsdə deyil, amma biz hər kəsi bura qatırıq. Problem cəmiyyətdəki bəzi mikroblardadır ki, bu mikroblar qız və ya oğlanlar cəmiyyətdə sərbəst yaşam sürən digərlərini öz çirkin əməlləri ilə inandırmağa çalışır. Daha sonra bu çirkin əməllər ortaya çıxır və SİZ HAMINIZ BELƏSİNİZ şüarı formalaşır. Dərd ondadır ki, bu mikroblar azalmır, virus kimi digərlərinə keçərək növbəti mikrobu yaradır. və bu proses sağlam düşüncəyə sahib olan gənclərimizi inandırmağa  başlayır.

İndi sən de bu hallal nə qədər düzgündür
(səs: 11)
Şərhlər: 13
Baxılıb: 2 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri