Yuxu haqqında bilmədiyiniz 14 FAKT

Müəllif: ayka
Şərhlər: 16
Baxılıb: 1324
Paylaş:
Səs ver:
(səs: 2)
Həyatımızın üçdə birini yuxuda keçirdiyimizi nəzərə alsaq, gördüyümüz röyaların əhəmiyyətini daha yaxşı qavraya bilərik. Yuxu görmək sağlam bir beyin üçün əsas şərtdir.
Bəzən problemlərimizin həllini yuxuda görürük. Sənətçilər əsərlərində yuxularından ilham alırlar. Hətta qədimdə şahların saraylarında yuxuyozanların və gələcəkdən xəbər verən münəccimlərin olmasını da unutmaq olmaz.
Ancaq hər gün gördüyümüz yuxular haqqında nələr bilirik?
Yuxu haqqında bilmədiyiniz 14 fakt:

1. Yuxularımızın 90 faizini unuduruq. Oyandıqdan sonrakı 5 dəqiqə içində gördüyümüz yuxuların 50 faizini, 10 dəqiqə içində isə 90 faizini xatırlamırıq.

2. Görmə qüsurlu insanlar da yuxu görür. Xüsusilə də, normal görmə qabiliyyəti olub, sonradan sağlamlığını itirənlər normal insanlar kim yuxu görməyə davam edirlər. Ancaq onların röyaları obrazlı yuxular əvəzinə səs, qoxu, hisslər üzərində qurulur və ən az bizimkilər qədər həycanlı olur.

3. Hamı yuxu görür. "Mən heç yuxu görmürəm” - deyən bir nəfərlə yəqin ki, hər birimiz qarşılaşmışıq. Ancaq bu elmi baxımdan mümkün deyil. Təbii ki, əgər həmin şəxsin psixoloji problemi yoxdursa...Yuxu görmürəm deyənlər, yuxularını ən tez unudanlardır.

4. Röyamızda sadəcə, bildiyimiz üzləri görürük. Daha öncə heç tanımadığımız biri ilə macəra dolu bir yuxu görə bilərsiniz. Amma əmin olmayın. Beynimiz daha öncə görmədiyi bir şeyi yarada bilməz. Ancaq gündəlik həyatda, küçədə, evdə, internetdə, televiziyalarda minlərcə insan üzü görürük. Onlar yuxularda gördüyünüz və tanımadığınız insanlardan biri ola bilər.

5. Hamı yuxularını rəngli görmür. İnsanların 12 faizi röyalarını ağ-qara görürlər. 1960-cı illərə qədər bu faiz daha yüksək olub. Ancaq rəngli televizorların həyatımıza girməsi ilə daha çox insan rəngli yuxu görür. Hazırda yaşı 25-dən aşağı olan və ağ-qara yuxu görən insanların sayı 4,4 faizdir.

6. Yuxular simvolikdir. Yuxu əsnasında şüuraltımız danışır. Bu baxımdan yuxuda gördüyümüz şeyin ifadə etdiyi məna çox fərqli ola bilər.

7. Hisslər - gündəlik həyatınızda sevincli, xoşbəxt bir insan ola bilərsiniz, ancaq yuxular daha çox stresli olur. Yuxularda neqativ hisslər, pozitiv hisslərə görə daha çox yer alır və daha çox ağlamalı anlar yaşayırıq. Bunun üçün narahat olmağa da ehtiyac yoxdur.

8. Bir gecədə maksimum 7 röya görə bilərsiniz. Orta hesabla bir gecədə görəcəyiniz yuxu sayı 4 ilə 7 arasında dəyişə bilər. Bu isə ümumilikdə 2 saat müddəti əhatə edir.

9. Heyvanlar da yuxu görür. Bir çox heyvan növünün üzərində aparılan testlər göstərir ki, heyvanlar yuxu əsnasında insanlar ilə eyni beyin dalğalarını yayırlar. Bir ev heyvanı saxlayırsınızsa, onların yuxu gördüyünü müşahidə edə bilərsiniz.

10. Qarabasma - dərin yuxuya getdiyimiz zaman beynimizdəki bir sistem hərəkətə keçir və vücudumuzun hərəkət etməsini əngəlləyir. Başqa cür röyamızda etdiyimz hərəkətləri gerçək həyatda da etməyə çalışardıq. Ancaq bu sistem bəzən biz oyansaq da dövrədən çıxmaz və o zaman da yuxu iflici dediyimiz şey yaşanır. Çoxumuzun qarabasma dediyi hadisə əslində budur.

11. Yuxular işbirliyi içindədir, gerçək həyatla paralel çalışır. Məsələn, siz yatarkən bayırda kimsə tar çalırsa, yuxunuzda özünüzü klassik musiqi konsertində hiss edə bilərsiniz.

12. Qadınlar və kişilər fərqli şəkillərdə yuxu görürlər. Kişilər daha çox
kişilər haqqında yuxu görür. Yəni, bir kişinin yuxusunda gördüyü insanların 70 faizini kişilər təşkil edir. Qadınlarda isə bu faiz bərabərdir. Kişilər daha aqressiv yuxular görür, qadınların röyaları daha sakitdir.

13. Gələcəkdən xəbər verən yuxular - İnsanların 38 faizi yuxularının ən az bir dəfə düz çıxdığını deyirlər. Bu mövzuda heç bir elmi izah olmasa da, insanların 68 faizi yuxuların gələcəkdən xəbər verdiyinə inanır.

14. Xoruldayırsınızsa, yuxu görmürsünüz. Bu internetdə olduqca yayılan bir mövzu olsa da, elmi sübutu yoxdur. Xoruldayarkən bəlkə də yuxu görə bilərsiniz, ancaq yanınızda yatan insanın gözünə yuxu getmədiyindən əmin ola bilərsiniz.

loading...
(səs: 2)
Şərhlər: 16
Baxılıb: 1324
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fina
Hec kim inanmaz men 2 aydan cox yuxusuz qalmisam hetta hec bir deq bele yatmamsam

Online neridi
16 noyabr 2015 01:39
16
Offline
Miss_Angel
maraqli xeberdi twk
3 may 2015 14:50
15
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
emis
yuxulara cox inaniram hemde menim yuxularim hemise duz cixir,men yuxuda heyatda hec gormediyim insani bele gormusem.men bir gecede dehset cox yuxu gorurem ve bunu normal saymiram cox qorxulu yuxular gorurem.tesirinden bir nece muddet ayila bilmirem o derecede yeni.yuxu bu qeder fakt bilmirdim aykanin sayesinde oyrendim sagolsun
2 may 2015 23:11
14
Offline
efsane..
3 mene aiddi men hec vaxt xatirlamiram birde 10 ile rastlasmisam ele bilki terpene bilmirdim

3 mene aiddi men hec vaxt xatirlamiram birde 10 ile rastlasmisam ele bilki terpene bilmirdim
2 may 2015 09:50
13
Offline
vipbetul
yuxulari cox sevirem,yuxumda bir dunyamdir

yuxulari cox sevirem,yuxumda bir dunyamdir
2 may 2015 00:41
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
yuxu haqqinda bu melumatlari bilirdim. yuxu elmi cox derindir
1 may 2015 18:54
11
Viking
Offline
aliceWOnDer
14. Xoruldayırsınızsa, yuxu görmürsünüz. Bu internetdə olduqca yayılan bir mövzu olsa da, elmi sübutu yoxdur. Xoruldayarkən bəlkə də yuxu görə bilərsiniz, ancaq yanınızda yatan insanın gözünə yuxu getmədiyindən əmin ola bilərsiniz.

maraqlidi
1 may 2015 13:35
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Nezka
Qarabasma mən elə bilirdim cinlərlə bağlıdı
1 may 2015 12:57
9
İçimi görsən mənə aptek alarsan.
Offline
my_angel
14. Xoruldayırsınızsa, yuxu görmürsünüz. Bu internetdə olduqca yayılan bir mövzu olsa da, elmi sübutu yoxdur. Xoruldayarkən bəlkə də yuxu görə bilərsiniz, ancaq yanınızda yatan insanın gözünə yuxu getmədiyindən əmin ola bilərsiniz.
bu maraqli geldi,men ele bilirdim ki,xoruldayan insan daha l'ng yuxuda olur 26
1 may 2015 11:53
8
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Meleknur
Men yuxumda tanimadigim.hec umumiyyetle gormediyim bir wexsi gormuwdum yuxularimi yuxudam oyananda umuduram amma sonra hamsi yadima duwur tez tez yuxu gorurem amma nadiren cin cixir yuxum
1 may 2015 09:41
7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Online
BARBI
Yuxu adeten gundelik heyatda yasadigimiz proseslerin ve ya heyata kecirtmek istediklerimizin texeyyuludur
1 may 2015 09:11
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
talis balasi
Gorduyum yuxular hemise duz cixir bu faktlari bilirdim
1 may 2015 09:06
5
Offline
Luna-90
Maraqliydi ve gercekler vardi .oglum son 2-3aydi deyir mama yuxu gormusem hamsida televizorda baxdigi multikleri danisir o yasda usaqlarda olur bele seyler ne gorur deyir yuxuda gordum
1 may 2015 08:56
4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Online
aziz a
Men bir defe hec tanimadigim birini yuxumda gormusdum, yuxu indiye kimi yadimdadi, demeli men onu be zamansa gormusem he?Birde menim gorduyum yuxular cox zaman duz cixib....
1 may 2015 08:51
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
Fialka
Yuxu haqqında maraqlı faktlardı, çoxu haqqınd da məlumatım var, üçüncü bənd isə mənə aiddi))..
1 may 2015 08:46
2
Offline
neri
maragli xeberdi teskrler
1 may 2015 07:27
1
Sert

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv