Həyat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 218
Səs ver:
(səs: 1)
Həyat-kimiləri üçün xoşbəxtlik mənbəyi,kimiləri üçün cəhənnəm fraqmenti,kimiləri üçün əyləncə,kimiləri üçün işgəncə,kimiləri üçün hər şey,kimiləri üçün sadəcə heçnə...
Niyə həyatda birisi zənginlikdən insan yeməyini öz əziz heyvanına yedirdiyi halda,digər birisi kasıblıqdan heyvanların yeməyə məcbur olduqları qırıntıları yeyir?!
Niyə əsl,saf məhəbbət sahibi olan və xoşbəxtliyə layiq qız sonda tək qalıb bədbəxt olduğu halda,hər həftə başqa-başqa qızlara eşq elan edən cəmiyyət korlayıcısı hələdə xoşbəxtdir?!
Niyə bir əsgər sevgilisinə sadiq qalıb başqa birisini ağlına belə gətirməyi sevdiyinə xəyanət saydığı halda,hərbi xidmətdən gəldikdən sonra gördüyü mənzərədən-sevgilisinin xəyanətini gördükdən sonra xəyallarını dəfn etməlidir?!
Niyə bir varlı ailənin övladının əyləncəyə xərclədiyi pulun cəmi 19%-nə kasıb ailənin övladı xeyirli bir şeyə xərcləyə biləcəyi halda həsrət qalmalıdır?!
Niyə valideyn nəvazişindən bezən övlad öz ata-anasını sevgiliciyi naminə qocalar evinə qoyduğu halda,digər bir övlad valideyn nəvazişini hiss etmek naminə hər şeyini verməyə hazır olduğu təqdirdə ona həsrət qalmalıdır?!
Niyə bir valideyn öz övladına dünyanın ən yaxşı tərbiyəsini verdiyi halda övladının dəyişərək pis yollara düşməsinin şahidi olmalıdır?!
Niyə bir ananın körpə qoxusuna,səsinə dünyalar qədər ehtiyacı olduğu halda,başqa bir ana öz övladını dünyaya gətirdikdən sonra onu körpələr evinə atır?!
Niyə həyata ayıq gözlə baxıb xoşbəxt olan optimist,bir vaxtlar optimist olubda həyatın acımasızlığını görüb bədbəxt olan pessimisti lağa qoymalıdır?!
Niyə bir övlad valideynini sevindirmək üçün 11 il əziyyət çəkdikdən sonra universitetə daxil olub,evə xoş xəbərlə qayıtdığı halda valideynini itirdiyi xəbərini eşitməlidir?!
Niyə bir kişicik evdə həyat yoldaşı,övladlarının onu gözlədiyini bilə-bilə gecəni başqa yerdə keçirdiyi halda,başqa biri evə getmədikdə onu gözləyən birisinin olmasını istəməlidir?!
Niyə birisi yalanlarla özünə həyat qurub xoşbəxt olduğu halda,başqa birisi bircə yalan ucbatından şər-böhtan nəticəsində xoşbəxt həyatını 4 divara dəyişməyə məcbur olmalıdır?!
Niyə birisi vətəninin bir ovuc torpağına,bir nəfəslik havasına həsrət qaldığı halda,başqa birisi öz doğma vətənin məhf olması,cəmiyyətinin korlanması üçün əlindən gələni edir?!
Niyə birisi Parisdə "Azərbaycan" deyib yad ölkədə canını tapşırdığı halda,digər birisi Eyfel qülləsini görmək üçün hər şeyini verməyə hazırdır?!
Niyə birisi özünə söz verdiyi üçün öz nəfsinə qalib gəlib siqaretin zibilə qalmış dadına baxmadığı halda,başqa birisi bir qələt edib siqaretə qurşanıb azad ola bilməməlidir?!
Niyə birisi bunu oxuyub fikirləşəndən sonra ibrət götürdüyü halda,başqa birisi bu yazını sadəcə "zibilə qalmış hərflərdən ibarət mətn" adlandırıb vecinə almır?!
Deyim niyə bele olur?
Ona görə ki,bele olmalıdır...Adına fikir ver:"Həyat"...
Həyatda bəzi yazılmamış qanunlar var ki,onlar reallaşmağa məcburdur...Bir şeyə layiq olanın ömür boyu həsrət çəkməsi üçün...
Həyatdı:Titanik batmalı,Romeo ölməli,Zaur tək qalmalıdır....Anla bunu artıq!!!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri