Xəyal gəncliyin dostudur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 303
Səs ver:
(səs: 4)
1.Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var...

2.Qısa da olsa, namusla, səmimiyyətlə keçən ömrü, uzun sürən, lakin eyib və yalanla keçən şərəfsiz ömürdən üstün tut...

3.Qocalığa cavanlıqdan hazırlıq aparmaq lazımdır...

4.Gənclik həmişə fədəkardır...

5.Sağlığında xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir...

6.Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir...

7.Dünyada keçməsin boş, cavan çağın,
 Yol get ki, güclüdür indi ayağın...
 
8.Bilənlər başçısı olsada yenə,
Bu gənclər möhtacdır qoca fikrinə...

9.Xəyal gəncliyin dostudur...

10.Gənclik ay işıqlı gecələr kimidir. Ağıllı adamlar bu gecələr yatmaz...

11.İnsanın ruhu qocalmamalıdır...

12.Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir...

13.Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq yaraşmaz...

14.Gənclik, əlbəttə, başqa nemətdir,
Ən umulmaz böyük səadətdir...
 
15.Gənclikdə qazanılan bilik qocalıqda müdriklik deməkdir...

16.Ehtiyatsız cavan xəstə qocadan tez ölər...

17.Cavanlıqda dözümlü olan qocalıqda xoşbəxt olar...

18.Gəncliyin qiyməti bilinsə, qocalığın şikayəti azalar...
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri