İlanları nə üçün öldürmək olmaz?

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 13 395
Bölmə: Maraqlı / Heyvanlar
Səs ver:
(səs: 6)
Rusiyanın tanınmış zooloqları dünyanın bir sıra ölkələrində ilanların nə üçün öldürülməməsi ənənəsi ilə bağlı araşdırmalar aparıblar.

Qonşu ölkənin mətbuatı xəbər verir ki, araşdırmaçılar ayrı - ayrı xalqların nə üçün zəhərli sürürnənləri öldürməməmlərinin səbəblərini müəyyənləşdiriblər. Məlum olub ki, bəzi xalqlar ilanları məhv etməyin onlara bədbəxtlik, yoxsulluq bəxş edəcəyini güman edirlər.

Məsələn Bukovinada (Ukrayna) hesab edirlər ki, ilanlar evlərə mehribanlıq, səmimiyyət və uğur gətirir. Əgər bu heyvanı öldürsəniz uğur ailənizdən qaçacaq. Bukovina sakinləri həyət - bacalarında ilan gördükdə sakit dayanır, heyvanın çıxıb getməsini gözləyirlər. Onu öldürmək yolverilməz sayılır.

İlanların öldürülməsini yolverilməz sayan digər slavyan xalqı isə qərbi slavyanlar, o cümlədən polyaklardır. Nə qədər qəribə də olsa, Polşada ilanı insanlarla eyniləşdirirlər. Bu ölkədə sürünən heyvan insanın əkiz tayı hesab olunur. Polyakların məşhur əfsanəsinə görə, ilan öldürüləndə onun əkiz tayı olan insan da tezliklə məhv olur.

Litvalıların qənaətinə görə, ilanlar hər bir evdə məskən salıb. Onların sayı yaşayış məskənlərindəki insanların sayı qədərdir. Axşamlar hamı yatdıqdan sonra ilanlar oyanıb gəzir, öz nəfəsləri ilə oxşarları olan insanlara müdriklik, güc və sağlamlıq bəxş edirlər.

Estonlar bu sahədə bir qədər də irəli gediblər. Bu ölkənin Ədəbiyyat Muzeyində ilanlarla bağlı 100 inam qorunub saxlanılır. Estonlar hesab edirlər ki, hər bir ilan bir evin gücü, mehribanlıq rəmzidir.
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 13 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri